Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Fövqəladə Hallar Nazirliyi səlahiyyətlərinə uyğun olaraq ölkə əhalisinin təhlükəsizliyinin təmin edilməsi, o cümlədən vətəndaşların fövqəladə hallarla bağlı davranış qaydaları barədə maarifləndirilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
BAKU.WS xəbər verir ki, bu çərçivədə Nazirliyin regional mərkəzləri tərəfindən sel təhlükəli ərazilərdə yaşayan əhalinin xüsusilə yaz-yay fəsilləri üçün xarakterik olan sel-daşqın təhlükəsindən qorunmağın yolları barədə maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Növbəti belə maarifləndirmə tədbirləri Sumqayıt Regional Mərkəzi (RM) tərəfindən Sumqayıt şəhərində, Abşeron və Xızı rayonlarında, Gəncə RM tərəfindən Gəncə şəhərində, Göygöl, Daşkəsən, Samux və Şəmkir rayonlarında, Muğan RM tərəfindən Şirvan şəhərində, Sabirabad, Hacıqabul, Salyan, Neftçala və Biləsuvar rayonlarında, Cənub RM tərəfindən Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı və Cəlilabad rayonlarının sel təhlükəli kəndlərində keçirilib.
Yerli sakinlər, o cümlədən ictimai-iaşə obyektlərinin əməkdaşları və turistlərlə keçirilən görüşlərdə sel və daşqın təhlükəsindən qorunmağın yolları, bu təhlükə ilə üzləşdikdə davranış qaydaları barədə ətraflı məlumatlar verilib, mövzuya dair məlumatlandırıcı çap materialları paylanılıb.
Qalereya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 10 Aprel 2026 10:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















