Icma.az
close
up
RU
Nazirlik univermağın fəaliyyətini dayandırıldı

Nazirlik univermağın fəaliyyətini dayandırıldı

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsmayıllı şəhərində yerləşən üçmərtəbəli univermağın fəaliyyəti dayandırılıb. 

Ölkə.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN)məlumat yayıb. 

Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən  İsmayıllı şəhərində yerləşən üçmərtəbəli univermaqda yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. 

Belə ki:

- obyektdə yanğınxəbərverici siqnalizasiya qurğusu natamam quraşdırılıb və işlək vəziyyətdə deyil;

- təxliyə çıxışları və pilləkən qəfəsi əşyalarla tutulub;

- təxliyə çıxışlarını göstərən elektron lövhələr mövcud deyil və təxliyə planı yoxdur;

- obyektin daxili elektrik təsərrüfatında elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib və nasaz elektrik qurğularından, örtüyü zədələnmiş elektrik naqillərindən istifadə edilib;

- daxili elektrik təsərrüfatına mütəxəssis tərəfindən profilaktik baxış keçirilərək naqillərin gərginliyə dayanıqlığı yoxlanılmayıb;

- obyekt normalara uyğun ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib;

- mövcud daxili yanğın su kranları işlək vəziyyətdə deyil;

- obyektin birinci mərtəbəsi layihədənkənar taxta arakəsmələrlə otaqlara bölünərək istismar olunur;

- obyektin ticarət sıralarında ara məsafəsi normativlərə uyğun deyil.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş İsmayıllı şəhərində yerləşən üçmərtəbəli univermağın fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 Noyabr 2024 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see255

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see209

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see189

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see185

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see182

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see165

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see155

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see150

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see144

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see138

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see134

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see133

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see129

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see127

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see123

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see122

Oqtay Əliyevlə Dilarə Əliyevanın toy kadrları YAYILDI VİDEO

09 Dekabr 2025 00:38see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri