Icma.az
close
up
RU
Nazirlik və komitələrin mətbuat katibləri Onları necə tanıyırsınız? SİYAHI

Nazirlik və komitələrin mətbuat katibləri Onları necə tanıyırsınız? SİYAHI

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Nazirliklərin və Dövlət komitələrinin Mətbuat xidmətləri rəsmi və dəqiq informasiyaların verilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Jurnalistlər məhz Mətbuat xidmətlərilə əlaqə saxlayaraq cəmiyyətə daha düzgün məlumatlar çatdıra bilirlər. 

Bəs nazirliklərin və Dövlət komitələrinin Mətbuat xidmətlərinə hazırda kimlər rəhbərlik edir?
Modern.az saytı siyahını təqdim edir:


Daxili İşlər Nazirliyi: Mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyevdir. O bu vəzifəni 2023-cü ildən icra edir.
 

Xarici İşlər Nazirliyi: Ayxan Hacızadə 2022-ci ildən Azərbaycan XİN-in Mətətbuat xidməti idarəsinin rəhbəridir.


Elm və Təhsil Nazirliyi: 2023-cü ildən nazirliyinin İctimai əlaqələr və kommunikasiya xidmətinə Səbuhi Rzayev rəhbərlik edir.


Gənclər və İdman Nazirliyi: İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qabil Mehdiyev 2022-ci ildə bu vəzifəyə təyin edilib.


Ədliyyə Nazirliyi: Ötən il qurumun mətbuat xidmətinin rəisi vəzifəsi Ləman Hüseynzadəyə həvalə edilib.


Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi: Artıq 7 ildir ki, nazirliyin mətbuat katibi Fazil Talıblıdır.


İqtisadiyyat Nazirliyi: Nazirliyin mətbuat katibi Leyla Zamanovadır.


Ekologiya və Təbii Sərvətlər Nazirliyi: İradə İbarhimova uzun illərdir bu nazirliyinin mətbuat katibi vəzifəsində çalışır.


Energetika Nazirliyi: Hazırda mətbuat katibi Cahid Mikayılovdur. O, 20 oktyabr 2020-ci il tarixindən Nazirlikdə Mətbuat sektorunun müdiridir.


Kənd Təsərrüfatı Nazirliyi: İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri vəzifəsinin icrası 2019-cu ildə Vüqar Hüseynova həvalə olunub. 


Maliyyə Nazirliyi: 2021-ci ildə Mais Piriyev İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.


Mədəniyyət Nazirliyi: Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimovadır. O, həmin vəzifəyə 2 il əvvəl - 2023-cü ildə təyinat alıb.


Müdafiə Nazirliyi: Ötən ilin sentyabrında Müdafiə Nazirliyində Mətbuat xidməti ləğv edilibƏvəzində Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi yaradılıb. İdarə rəisi vəzifəsinə isə polkovnik Anar Eyvazov rəhbərlik edir.


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi: Mətbuat xidmətinin rəhbəri Pərvanə Əliyevadır.


Səhiyyə Nazirliyi: Pərviz Əbubəkirov 2018-ci ildən burada mətbuat katibi işləyir.


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi: Teymur Mərdanoğlu 2020-ci ildən Mətbuat xidmətinin sədri vəzifəsində çalışır.


Diasporla İş üzrə Dövlət Komitəsi: Vəsilə Əliyeva 2018-ci ildə  mətbuat katibidir. 


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi: Yaqut Əliyeva artıq 10 ildən artıqdır ki, mətbuat katibi kimi fəaliyyət göstərir.


Dövlət Gömrük Komitəsi: Əməkdar jurnalist Natiq Axundov 2006-cı ilin aprel ayından Mətbuat xidmətinin rəisidir. 


Dövlət Sərhəd Xidməti: 2022-ci ildən mətbuat katibi vəzifəsində  Aftandil Abbasov çalışır.


Dövlət Statistika Komitəsi: Tünzalə Qarayeva hazırda burada mətbuat katibidir.


Dövlət Şəhərsalma və Arxitektura Komitəsi: Mətbuat xidmətinin rəhbərliyinə 2019-cu ildə Ramiz İdrisoğlu gətirilib.


Dövlət Miqrasiya Xidməti: Mətbuat xidmətinin hazırkı rəhbəri Elvin İsayevdir.


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti: İctimaiyyətlə əlaqələr və beynəlxalq münasibətlər şöbəsinin rəisi vəzifəsinə 2023-cü ildə Pərviz Sədrəddinov təyinat alıb.


Dövlət Turizm Agentliyi: Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsinə 2022-ci ildən Gülnar Mustafayeva rəhbərlik edir.


Qida Təhlükəsizliyi Agentliyi: İlkin Kərimov 2022-ci ildə İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdir müavini, İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsinə təyin olunub.


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi: Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyevdir.


Dövlət İmtahan Mərkəzi: Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Avqust 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri