Icma.az
close
up
RU
Onları hamınız tanıyırsınız Görün kimlərdir...

Onları hamınız tanıyırsınız Görün kimlərdir...

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

90-lar nəsli heç vaxt tam mənada böyümədi. Daha doğrusu, böyüyə bilmədi. Çünki onları yetişdirən nəsil də travmalı idi. Sevgi əskikliyindən əziyyət çəkirdi.

Mənə elə gəlir ki, bizi yetişdirən nəsilə sevginin ən saf, təmənnasız halı bəxş edilməmişdi. Onlar yıxılanda “halaldı” deyib əl çalan, sonrasında isə ayaqları üzərində daha möhkəm dayanması üçün təşviq edən valideynlərə sahib deyildilər.

Onların istedadını, bacarığını, nəyi niyə etdiyini müşahidə edən, anlayan, yönəldən bir ailə mühiti yox idi.

90-ları yetişdirənlər sevgisiz böyüyənlər nəsli idi.

Biz isə, yəni 90-lar nəsli, həmin travmaların mirasını çiynində daşıyan, onları anlamağa məcbur qalan, öz uşaqlığını tam bərpa edə bilməmiş bir nəsilik.

Atanı gün ərzində çox az görmək bu nəsil üçün adi hal idi. Hətta bu, bəzi hallarda “şans” sayılırdı. Çünki bəzilərimizin atası ya şəhid olmuşdu, ya Rusiyada işləyirdi, ya da dənizdə.

Analar isə minimal imkanlarla ailəni ayaqda saxlamağa çalışır, övladın nələr yaşadığını, necə böyüdüyünü çox vaxt görə bilmirdi.

90-lar nəsli qəribədir.

Çünki onlardan öncəki nəsillərin yükünü daşıyır, eyni zamanda sonrakı nəsillər eyni yükü çəkməsin deyə mübarizə aparır.

Məsələn, övladını daha çox sevir və bu sevgini ona göstərməkdən çəkinmir.

Uşağı yıxılanda onu döymür, əvvəlcə ayağa qaldırır, sonra isə ikinci dəfə yıxılanda qalxması üçün ruhlandırır.

Uşaq “oynayaq” deyəndə, “vaxtım yoxdur” deməkdənsə, onunla oynamğa, ona zaman ayırmağa çalışır.

Bu gün 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

Bəzən elə bilirik ki, uşaqları yalnız xarici təhdidlərdən qorumaq lazımdır. Amma unutmayaq ki, bəzən ilk travma elə ailə daxilindən, valideynlərin bilərək və ya bilməyərək etdiyi davranışlardan qaynaqlanır.

Mən əvvəlki nəsilləri qınamıram. Heç kim qınaya bilməz.

Amma anlaya bilərik.

Uşaqlara “sülh, əmin-amanlıq arzulayırıq” deyirik məncə, bundan əvvəl onlara yaxşı valideyn arzulayaq. Və çalışaq, yaxşı valideyn özümüz olaq. Çünki sağlam övlad sağlam ailədə doğular, böyüyər və gələcəkdə dövlətə, millətə insanlığa xidmət edər.

Sağlam, travmasız böyüyün əziz balalar!

Gələcək sizindir.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 İyun 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see570

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see231

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see216

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see208

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see206

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see196

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see196

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see189

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see189

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see183

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see183

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see179

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see176

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see174

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see173

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see172

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see170

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see170

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see168

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri