Nazirlikdə vəzifələr ləğv edildi: Mehriban Ələkbərzadə işini itirdi
Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Mədəniyyət Nazirliyi tərəfindən dövlət teatrlarının idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində müvafiq qərarlar qəbul edilib. Belə ki, “Teatr və teatr fəaliyyəti haqqında” qanunun tələblərinə uyğun olaraq, dövlət teatrlarının əsasnamələri, struktur və ştat cədvəlləri yenidən işlənərək təsdiqlənib.
Ölkə.Az xəbər verir ki, nəticədə dövlət teatrlarında bədii rəhbər, baş rejissor, baş rəssam və bu kimi bir sıra digər vəzifələr ləğv edilib. eatrların yeni strukturunda Strategiya və komunikasiya, Yaradıcı şöbə və artist heyətinin idarəedilməsi şöbələri formalaşdırılıb.
Beləliklə, dövlət teatrlarında bədii rəhbər, baş rejissor işləyən xeyli tanınmış mədəniyyət və incəsənət xadimi avtomatik olaraq vəzifəsini itirib.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə də vəzifəsini itirən incəsənət xadimləri sırasındadır.
Modern.az bununla bağlı Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə ilə əlaqə saxlayıb.
O, açıqlamasında xəbəri təsdiqləyib və bu məsələnin uzun müddətdir müzakirə edildiyini bildirib:
“Söhbət konkret olaraq hansısa teatrın, o cümlədən Akademik Milli Dram Teatrının deyil, Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən yeni konsepsiya və islahat qərarından gedir.
Uzun zaman ərzində bu konsepsiya ətrafında müzakirələr və fikir mübadilələri aparılıb. Söhbət yalnız baş rejissor institutundan yox, eyni zamanda bədii rəhbərlər, baş rəssamlar və ümumilikdə rəhbər vəzifələrin optimallaşdırılması, kadr islahatları ideyasından gedir. Bu, nazirliyin qarşısına qoyduğu genişmiqyaslı strategiyanın tərkib hissəsidir”.
M.Ələkbərzadə qeyd edib ki, aparılan müzakirələrdən sonra müvafiq qərar qəbul edilib və hazırda bu konsepsiyanın icrasına başlanılıb:
“Artıq qərar verildiyi üçün məsələyə münasibət də bu kontekstdə dəyərləndirilməlidi”.
Əməkdar incəsənət xadimi ixtisarlarla bağlı onlara bildirişin daxil olub-olmadığı sualına belə cavab verib:
"Bu cür qərarlar adətən rəsmi bildiriş formasında təqdim edilmir. Proses açıq müzakirələr, fikir ayrılıqları və mübahisələr şəraitində aparılıb və bu, normal bir praktika kimi qiymətləndirilməlidir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 27 Yanvar 2026 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















