Icma.az
close
up
RU
Nazirlikdən əhaliyə çağırış: Yoluxmadan peyvənd vurdurun

Nazirlikdən əhaliyə çağırış: Yoluxmadan peyvənd vurdurun

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Əgər artıq özünüzdə qrip əlamətlərini hiss etmisinizsə (məsələn, burun axması, boğaz ağrısı, temperatur və ya əzələ ağrıları), bu halda peyvənd vurdurmaq məsləhət görülmür. Çünki peyvənd xəstəliyin qarşısını almaq üçündür, artıq yoluxma baş verdikdə peyvənd xəstəliyi sağaltmır və bədən lazımi immun cavabı verməyə bilər”.

News24.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.

Onun sözlərinə görə, qrip peyvəndi 6 aydan yuxarı olan sağlam insanlar üçün ümumiyyətlə tövsiyə olunur: 

“Xüsusilə yaşlı şəxslər, xroniki xəstəliyi olanlar (astma, şəkərli diabet, ürək-damar, böyrək və ağciyər xəstəlikləri kimi), hamilə qadınlar, səhiyyə işçiləri, uşaqlarla və immun sistemi zəif olanlarla sıx təmasda olan insanlar peyvənddən daha çox fayda görür. Bəzi hallarda peyvəndə müvəqqəti və ya daimi əks göstərişlər ola bilər. Əgər hal-hazırda orta və ya ağır dərəcədə xəstəlik varsa, məsələn, yüksək hərarət və ya kəskin respirator infeksiya müşahidə edilirsə, peyvənd xəstəlik tam sağalandan sonra vurulmalıdır. Əvvəlki peyvəndə qarşı ciddi allergik reaksiya (anafilaksiya) olmuş şəxslərə də peyvənd vurulmur. Yumurta allergiyası olanlarda bəzi vaksin növlərinə xüsusi diqqət lazımdır, amma bir çox yeni vaksinlər yumurtasız hazırlanır və bu halda həkimlə məsləhətləşmək vacibdir. Altı aydan kiçik körpələrə qrip peyvəndi vurulmur. İmmunitet sistemi zəif olan şəxslərə isə bəzi canlı vaksin növləri uyğun olmaya bilər”.

Nazirliyin mütəxəssis-eksperti qeyd edib ki, qrip mövsümündən əvvəl, payız aylarında peyvənd olunmaq ən məqsədəuyğundur:

“Peyvənddən sonra immunitetin yaranması təxminən iki həftə çəkir. Buna görə də xəstəliyə yoluxmadan öncə vaxtında peyvənd olunmaq vacibdir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://news24.az
archiveBu xəbər 08 Oktyabr 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see304

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see292

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see279

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see267

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see265

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see264

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see243

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see239

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see238

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see237

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see232

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see228

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see225

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see224

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see221

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see215

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see213

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see213

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see201

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri