Icma.az
close
up
RU
Nazirlikdən əhaliyə çağırış Uşaqlar lap ağır keçirir

Nazirlikdən əhaliyə çağırış Uşaqlar lap ağır keçirir

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

"Qrip infeksiyası ilə mübarizədə ən təsirli vasitə spesifik peyvəndin istifadə olunmasıdır. Peyvəndin tərkibində canlı virus olmadığından peyvənd olunmuş şəxs qriplə xəstələnə bilməz".

Milli.Az xəbər verir ki, bunu canlı yayımda nazirliyin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, vaksinasiya olunan şəxslərdə həmin qrip ştamlarına qarşı immunitet formalaşır.

"Ona görə peyvənd olunmuş şəxsin orqanizmi artıq bu virusların hissəcikləri ilə təmasda olduğu üçün payız-qış aylarında baş verən yoluxma zamanı onların əksər hissəsi xəstələnmir və ya infeksiyanı simptomsuz keçirir. Digər qismi isə hətta xəstələnərsə belə, bu zaman xəstəlik yüngül keçir, fəsadlaşmır və tezliklə sağalma baş verir".

Qeyd edib ki, immun sistemi yaşa görə hələ tam formalaşmamış 5 yaşdan kiçik uşaqlar, fizioloji immunsupressiyası olan hamilə qadınlar, 65+ yaşlı ahıl şəxslər, o cümlədən müxtəlif ağır, xroniki xəstəlikləri hesabına immun sistemi zəifləmiş şəxslər qrip infeksiyasını daha əlverişsiz keçirir.

"Peyvənd vasitəsilə birinci növbədə bu şəxsləri qorumaq lazımdır. Beləliklə, qripə qarşı peyvənd olunmaqla özünüzü bir çox xoşagəlməz və bəzən pis nəticələnən xəstəlik hallarından sığortalaya bilərsiniz".

Nəzərə çatdırıb ki, uşaq orqanizmi hələ tam formalaşmadığı üçün müxtəlif infeksiyalara, o cümlədən qripə qarşı heç də həmişə adekvat reaksiya verə bilmir.

"Valideynlər xəstə uşağı bağçaya, məktəbə göndərməməlidirlər. Xəstə uşaq evdə imkan daxilində izolə edilməli, birinci növbədə 5 yaşın altında olan uşaqların valideynləri dərhal həkimə müraciət etməlidirlər. 3-5 gündən çox müddətdə hərarətin yüksək qalması və ya azalaraq yenidən artması qripin ağır və ya fəsadlaşmış gedişindən xəbər verir. Belə hallarda özünü müalicə ilə məşğul olmamalı və təcili həkimə müraciət etmək lazımdır".

Bildirib ki, qrip zamanı yüksək hərarət kiçik yaşlı uşaqlarda qıcolmalara səbəb ola bilər, həmçinin inaq inkişaf edə bilər. Bu hallar uşağın həyatı üçün ciddi təhlükə yaradır.

Söyləyib ki, peyvənd olunmaq könüllü olduğundan əhali arasında aparılan maariflənmənin məqsədi məhz risk qrupuna daxil olan həmin şəxslərin birinci növbədə tibb müəssisələrinə peyvənd olunmaq üçün müraciət etməsinə nail olmaqdır:

"Əhali yaşayış və iş yerlərində ərazi üzrə xidmət göstərən ambulator-poliklinik tibb müəssisələrinə müraciət etməklə ödənişsiz əsaslarla peyvənd oluna bilərlər. Peyvənd olunduqdan sonra ən azı 2 həftə lazımdır ki, qripə qarşı immunitet formalaşsın. Ona görə daha yaxşı olar ki, peyvənd qripin daha az yayıldığı sentyabr və ya oktyabr aylarında vurulsun. Lakin bütün epidemik fəsil boyu da bunu etmək olar".

Mina Mikayılova
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 24 Dekabr 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see426

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see418

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see295

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see275

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see264

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see257

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see254

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see251

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see249

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see233

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see216

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see214

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see212

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see209

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see207

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see204

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see203

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri