Icma.az
close
up
RU
Nazirliklərin ləğvi barədə fikirlər söylənilir, lakin...

Nazirliklərin ləğvi barədə fikirlər söylənilir, lakin...

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müvafiq sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti ləğv edilib. Bundan sonra Naxçıvanda qaz təchizatına “Azəriqaz” İstehsalat Birliyi nəzarət edəcək.

Xatırladaq ki, bir müddət əvvəl Muxtar Respublikanın Dövlət Energetika Xidməti də ləğv olunub.

Qurumların belə silsilə şəkildə ləğvi isə ciddi suallar doğurur. Eləcə də, nazirliklərin və bəzi qurumların ləğvi ilə bağlı mülahizələri yenidən gündəmə gətirir.

Təsadüfi deyil ki, ötən aylarda mətbuatda da islahatların başlayacağı, bir sıra qurumların ləğv ediləcəyi və birləşdiriləcəyi barədə xəbərlər yayılıb.

Məsələ ilə əlaqədar Modern.az-a açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev bildirib ki, qurumların ləğvi düşünülmüş şəkildə həyata keçirilir:

"Bəzi xidmət sahələrinin ləğv edilməsi, idaretmənin təkmilləşdirilməsinə istiqamətləndirilib. Əgər bu xidmət sahəsi əvvəllər yerdə müəyyən işlərin yerinə yetirilməsinə məsul idisə, artıq o işlər görülüb. Məhz bu səbəbdən həmin vəzifənin mərkəzdən idarə edilməsi zərurətə çevrilib. Ona görə də elə xidmət sahələrinə nəzarətin mərkəzə tapşırılması daha məqbuldur. İndi bizdə regional idarələr yaranıb, Prezidentin xüsusi nümayəndəliyi yaradılıb. Bu idarələr bir çox hallarda özünün müsbət nəticələrini göstərir. Elə hesab edirəm ki,bu qurumların ləğvi düşünülmüş qaydada həyata keçirilir. Əsas məsələ burada işlərin daha səmərəli qurulması üçün tədbirlərin vaxtında görülüb, nizama salınmasıdır".

Komitə sədri növbəti mərhələdə Azərbaycanda hansısa nazirlik və ya qurumun ləğv edilməsinin gözlənilib-gözlənilmədiyi barədə bunları deyib:

"Nazirliklərin, müəyyən idarələrin, qurumların ləğvi ilə bağlı mülahizələr söylənilir, ehtimallar səsləndirilir. Lakin biz bunu deyə bilmərik. Bu ölkə başçısının səlahiyyətlərinə aiddir. Ona görə də, bütün sahələrdə islahatlar getdiyi üçün, belə öz fəaliyyətini başa vurub, vəzifəsini yerinə yetirmiş qurumların ləğvi sözsüz ki, zəruridir".

Milli Məclisin deputatı Azər Allahverənovun fikrincə, Naxçıvan Muxtar Respublikası ilə bağlı müəyyən strukturların ləğv edilməsinə dair məlumatların sayının çoxalması çox ciddi struktur islahatlarının həyata keçirildiyini aydın göstərir:

"Bu isə idarəetmədə optimallığın təmin olunmasıdır. İstənilən kontekstdə məsələyə yanaşdıqda görürük ki, bəli, əvvəlki təcrübədə nəzərdən keçirilir. Sonuncu qərar qaz istismarının ləğv olunması ilə bağlıdır. Bundan sonra Naxçıvanda qaz təchizatı "Azəriqaz" İstehsalat Birliyinin nəzarətində olacaq. Bu,ondan xəbər verir ki, burada mərkəzləşdirilmiş idaretmə üsulu tətbiq olunmaqdadır. Günün tələblərinə cavab verəcək bu islahatlar nəticə etibarilə göstərilən xidməti keyfiyyətin artırılması, ümumiyyətlə qaz istismarı ilə əlaqədar bütün mərhələlərin-qazın istehlakçılara çatdırılması və digər məsələlərin sistemli və mərkəzləşdirilmiş şəkildə həyata keçirilməsi şəffaflığın təmin olunmasına səbəb ola bilər. Bunlar çox vacib islahatlardır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Dekabr 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri