Icma.az
close
up
RU
Bəzi nazirliklərin ləğvi gündəmdə Kiçik modelə keçid

Bəzi nazirliklərin ləğvi gündəmdə Kiçik modelə keçid

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Hökumətin dövlət aparatının yığcamlaşdırılması istiqamətində addımları gözlənilir.

Azərbaycanda dövlət aparatının böyüməsi və idarəetmə mexanizminin səmərəliliyi son illərdə ən çox müzakirə edilən məsələlərdəndir. Dövlət idarəçiliyinin yenilənməsi və müasirləşdirilməsi artıq dövrün obyektiv tələbidir. Ötən illərdə bu istiqamətdə xeyli işlər həyata keçirilib və optimallaşdırma nəticəsində həm dövlətin yükü azalıb, həm də lazımsız xərclərdən qənaət edilib.

Qlobal təcrübə göstərir ki, dövlət aparatının yığcamlaşdırılması, paralel funksiyaların optimallaşdırılması və strukturun sadələşdirilməsi idarəçiliyin daha çevik olmasına, qərarların daha operativ şəkildə icrasına şərait yaradır.

Ölkə.Az-ın xəbərinə görə, Modern.az geniş yazısında qeyd edir ki, dövlət qurumlarının fəaliyyət istiqamətlərinə yenidən baxılması, funksional yanaşmanın gücləndirilməsi və strukturun dövrün çağırışlarına uyğunlaşdırılması islahat gündəminin əsas mövzularından biridir. Təklif olunan islahatlardan biri Dövlət Gömrük Komitəsinin və Dövlət Vergi Xidmətinin Maliyyə Nazirliyinin tərkibində birləşdirilməsidir.

Sayt yazır ki, Fövqəladə Hallar Nazirliyinin strukturunun optimallaşdırılaraq icrayönümlü dövlət xidmətinə çevrilməsi ilə bağlı təkliflər də son illər müzakirələrdə tez-tez səslənir. Ekspertlər bildirirlər ki, qurumun əsas funksiyaları, yəni yanğınsöndürmə, axtarış-xilasetmə, fövqəladə halların idarə olunması daha çox operativ icra xarakteri daşıdığından, nazirlik statusunun saxlanması əlavə inzibati yük yaradır.

Səhiyyə Nazirliyinin, səhiyyə ilə bağlı digər dövlət qurumlarının sosial blok üzrə vahid idarəetmə mexanizminin formalaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə birləşdirilməsi və yeni ad altında fəaliyyət göstərməsi ilə bağlı fikirlər də son dövrlər müzakirələrdə geniş yer tutur. Sosial müdafiə, səhiyyə xidmətləri və həssas qruplarla bağlı siyasətin eyni mərkəzdən idarə olunması daha sistemli yanaşma yarada, paralel icra mexanizmlərini azaltmaqla vətəndaş müraciətlərini sadələşdirə bilər.

Mədəniyyət, Gənclər və İdman nazirliklərinin bir çətir altında birləşdirilməsi həm büdcə xərclərini azalda, həm də idarəçilik funksiyalarını asanlaşdıra bilər və s.

Bu təkliflər və çağırışlar reallaşa bilərmi?

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli “Yeni Müsavat”a söyləyib ki, texnologiyaların inkişafı və qlobal iqtisadi dəyişikliklər dövlət idarəçiliyini daha səmərəli, şəffaf və vətəndaşa yaxın etməyi tələb edir: “Azərbaycanda son illərdə bu istiqamətdə ciddi addımlar atılıb: rəqəmsal transformasiya, elektron hökumət sistemləri və struktur islahatları vasitəsilə bürokratiya azaldılır, resurslar optimallaşdırılır. 2024-2025-ci illərdə bir sıra qurumlar birləşdirilib və ya ləğv edilib, lakin prosesin davam etdirilməsinə ehtiyac var”.

Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin sədri, iqtisadçı ekspert Natiq Cəfərli isə bir sıra təkliflərlə çıxış etdi: “Ölkədə indi ciddi qənaət rejiminə keçməyə ehtiyac var. Kiçik və effektiv hökumət modelinə keçid çox önəmlidir. Bu model həm də məsuliyyətin və səlahiyyətin doğru-düzgün bölünməsinə xidmət edəcək. Bu gün şəhərsalmaya, nəqliyyata, səhiyyəyə, tikintiyə və.s istiqamətlərə bir neçə dövlət qurumu nəzarət edir. Nəticədə məsuliyyəti də problem yaşanarkən bir-birilərinin üzərlərinə atmağa çalışırlar. Kiçik və effektiv hökumət modelində səlahiyyət və məsuliyyət bölgüsü əsasən dəqiq olmalıdır. Bundan başqa da qanunverici baza yenilənməlidir”.

Onun fikrincə, nazirliklərin və dövlət qurumlarının birləşdirilməsi çox vacibdir: “Amma bunun qanunverici bazası da yaradılmalıdır. Yəni Vergi, Gömrük məcəlləsi bu işlə paralel aparılmalıdır. Bundan başqa, təbii ki, ixtisarlar olacaq. Minlərlə insan ixtisar olacaqsa, bunların işlə təminatı üçün kiçik və orta sahibkarlığın artırılması, genişləndirilməsi, onların fürsətlərinin artırılması yolları tapılmalıdır. Yəni insanlar işsiz qalacaqlarsa, ciddi problemlər yaranacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://olke.az
archiveBu xəbər 25 Noyabr 2025 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri