Icma.az
close
up
RU
Nazirliyin bu qərarı niyə işləmir?

Nazirliyin bu qərarı niyə işləmir?

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

Gündəlik alış-veriş zamanı alınan məhsulları yığmaq üçün tez-tez istifadə edilən sellofan torbalara görə artıq neçə müddətdir ki, əlavə ödəniş tələb olunur. Bu, Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 25 nömrəli qərarında öz təsdiqini tapıb.

Belə ki, ölçüsü 15-50 mikron olan polietilen torbalar, ayrıca məhsul növü kimi pulla satılır. Bu qərar ona görə verilmişdi ki, kağız paketə keçirilsin. Amma qərardan 4 il ötür və marketlərdə kağız torbalar verilmir, əksinə, sellofanlar satılır, mağazalar pul qazanır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat” a şərhində bildirdi ki, sellofan torbaların satışının məhdudlaşdırılması ilə bağlı birlik daim çağırışlar edib, təkliflər irəli sürüb: “Biz təklif etmişdik ki, ən azı MDB məkanındakı təcrübəyə istinad olunsun, sellofan torbalar əhaliyə satılsın. O cümlədən sellofan torbaların rəngsiz, tam şəffaf olmasını da təklif etmişik. Lakin nəticədə Nazirlər Kabinetinin bəzi qərarları kimi, bu qərar da mükəmməl icra olunmadı: alternativlər təklif edilmədi, istehsalçılar tapılmadı, o cümlədən hələ də  qablaşdırmalarda  plastikdən istifadə olunur. Azad İstehlakçılar Birliyi qrant layihəsi çərçivəsində 2023-cü ildə bez torbalar hazırladı və əhaliyə pulsuz payladı. Biz daim bazar torbalarından istifadəni təşviq etmişik. Üstəlik, sənaye malları satışı yerlərində daha qalın  torbalar yenə də istifadə olunur, ətraf mühitə atılır və yığılmır. Odur ki, belə qərarlar qəbul edəndə alternativ variantlar düşünmək lazımdır. Əhalinin sellofan torbalardan istifadəsi azalsa da, əsas hədəfə nail ola bilməmişik. Sellofan torbaların pulla satılması nəticəsində əhalinin bu növ torbalardan istifadəsi təxminən 40 faiz azalıb”.

E.Hüseynov rəngli torbaların zərərlərindən də danışdı: “Hələ də rəngli sellofan torbalar istifadə olunur. Bu növ torbalar evlərə ağır metalları daşıyır. İstənilən rəngin içərisində ağır metallar, məsələn qurğuşun var. Qurğuşun isə əhalinin tədricən zəhərlənməsinə və ətraf mühitin çirklənməsinə gətirib çıxarır”.   

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://news24.az
archiveBu xəbər 04 Mart 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see451

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see256

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see250

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see233

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see227

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see224

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see222

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see221

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see215

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see208

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see203

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see202

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see200

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see198

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see194

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see193

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see191

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see188

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see181

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri