Icma.az
close
up
RU
Nazirliyin bu qərarı repetitorlara yönəlməni artıracaq Ekspert

Nazirliyin bu qərarı repetitorlara yönəlməni artıracaq Ekspert

Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Elm və Təhsil Nazirliyinin heç bir hüquqi əsaslandırma təqdim etmədən yalnız VI siniflər üçün qəbul elan etməsi, digər siniflərin isə iştirak hüququnu susqun şəkildə aradan qaldırması Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsində təsbit olunmuş hüquqi dövlət prinsipinə ziddir. Həmçinin liseyə hazırlaşan uşaqlar tədris ili boyu hazırlaşdıqları imtahanda iştirak imkanını son anda itirirlər. Bu, sadəcə maddi yox, həm də psixoloji zərbədir. Xüsusilə, 9-10 yaşlı uşaqlar üçün bu cür qəfil dəyişikliklər travma yarada bilər.

Bu sözləri Tribunainfo.az-a təhsil üzrə ekspert Kamran Əsədov Elm və Təhsil Nazirliyinin lisey və gimnasiyalara qəbul qaydaları ilə bağlı dəyişiklik edilməsinə münasibət bildirərkən deyib. Ekspertin fikrincə, qəbul qaydalarının qəfil dəyişdirilməsi və IV siniflər üzrə qəbulun tamamilə ləğv olunması təhsilin idarə olunmasında sistemsizlik, hüquqi ardıcıllıq pozuntusu və ictimai etimadın ciddi zədələnməsi ilə nəticələnib:

“Valideynlərin övladlarını bu imtahanlara hazırlaşdırmaq üçün ayırdığı resurslar – təqribən ayda 150-300 manat arası hazırlıq kursu, sınaq imtahanları, psixoloji dəstək xidmətləri və s. – illik hesabla minlərlə manat təşkil edir.
Seçim imkanları öncədən dəyişdirilirsə, bu barədə qanuni bildiriş və ictimai əsaslandırma təqdim edilməlidir.

Bu yanaşmanın mənfi tərəfi ilk növbədə təhsilin planlaşdırıla bilməyən və qeyri-sabit bir sahə kimi görünməsinə səbəb olur. Valideynlər, tədris müəssisələri, repetitorlar və uşaqlar arasında planlaşdırma prosesi pozulur. Onlar bir tədris ili boyu hazırlaşdıqları imtahanda iştirak imkanını son anda itirirlər. Bu, sadəcə maddi yox, həm də psixoloji zərbədir. Xüsusilə, 9-10 yaşlı uşaqlar üçün bu cür qəfil dəyişikliklər travma yarada bilər. Bu yaşda uşaqlar uğur və uğursuzluğu dərk etməyə başlayır, valideynlərinin onlara verdiyi vədləri ciddi qəbul edirlər. İndi isə onların əksəriyyəti sadəcə imtahana buraxılmamaqla nəticə deyil, şans belə qazanmadılar”.

K.Əsədov bildirib ki, əgər bu dəyişiklik pedaqoji əsaslarla həyata keçirilibsə, bunun üçün ictimai əsaslandırma, statistik göstəricilər və beynəlxalq müqayisələr təqdim edilməli idi:

“Finlandiya və İsveç kimi ölkələrdə uşaqlar 12-13 yaşdan əvvəl imtahan sisteminə cəlb edilmir. Onların təhsil sistemində ilkin mərhələdə uşağın maraqları, emosional sabitliyi və fərdi inkişafı ön planda tutulur. Lakin həmin ölkələrdə bu yanaşma qanunlarla və dövlət strategiyaları ilə dəstəklənir. Azərbaycanda isə sadəcə nəticə elan olunub – səbəb, əsas, izahat yoxdur.

Müqayisəli olaraq Gürcüstanda liseylərə qəbul sadələşdirilsə də, əvvəlcədən ictimaiyyət məlumatlandırılır, keçid dövrləri müəyyən olunur və valideynlərə alternativlər təqdim olunur. Qazaxıstanda isə pilot rejimdə liseylərdə erkən yaşa qəbulun effektivliyi qiymətləndirilir və nəticələrə uyğun tənzimləmələr edilir. Azərbaycanda isə qərar, faktiki olaraq, pilot analizsiz, statistik əsaslandırmasız, sosial nəticələr qiymətləndirilmədən tətbiq olunub.

Mövcud dəyişiklik nəticəsində təhsil sistemindəki etimad zədələnəcək, valideynlər dövlət imtahanlarına və təhsil idarəçiliyinə daha az güvənəcək, repetitorlara yönəlmə artacaq. Bəzi valideynlər bu qərardan sonra övladlarını özəl məktəblərə yönəltməyə başlayıb, çünki dövlət liseylərinə alternativ demək olar ki, qalmır. Həmçinin, mərkəzləşdirilmiş qəbul sisteminin ləngiməsi təhsildə keyfiyyətə yönəlmiş rəqabətə də zərbə vurur.

İctimai məsuliyyət daşıyan bir nazirliyin bu cür mühüm qərarı ictimai rəyə və maraqlı tərəflərin iştirakına əsaslanmadan verməsi həm etik, həm də hüquqi baxımdan qəbuledilməzdir”

Nigar İxtiyarqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 27 May 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see187

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see155

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see150

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see149

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see137

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see135

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri