Icma.az
close
up
RU
Nazpəri Dostəliyeva oğlunun itkisindən danışdı: Ölüm ayağında mənə üç söz dedi

Nazpəri Dostəliyeva oğlunun itkisindən danışdı: Ölüm ayağında mənə üç söz dedi

Icma.az bildirir, Oxu.az portalına istinadən.

"Allahımdan xahiş edirəm ki, məni tez övladıma qovuşdursun".

Oxu.Az xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva "Həftənin qonağı" verilişində deyib.

O, dünyasını dəyişən oğlu Əli ilə bağlı xatirələrini bölüşüb:

"Biz Allaha üsyan etməməliyik. Bir müddət özümü yalnız hiss edərək, qapını bağlayıb tək qalmağa üstünlük verdim. O anda heç kim məni görməsin deyə, çığırmaq istəyirdim. Hayqırmaq istəyirdim ki, səsim Allaha qədər çatsın, nə üçün belə bir vəziyyətə düşdüm? Bir il ərzində yanımda heç kimi görmək istəmədim. Gecələr dənizə qaçır, bağırırdım. Lakin Allah mənə güc verdi, amma içimdəki o vulkan hələ də sönməyib. Bəzən gülümsəyirəm, amma o vulkan içimdə elə bir qüvvə ilə yanır ki, heç sevinməyə belə haqqım olmadığını hiss edirəm".

Dostəliyeva oğlu Əlinin son anlarını belə xatırlayır:

"Əlim dünyasını dəyişəndə mənə son üç sözünü dedi. Halı çox pisləşmişdi, gözləri ilə mənə baxdı. Birdən infarkt keçirdi, özü vəziyyətini anlayırdı, amma mən heç nə hiss etmirdim. Mədəsində ağrılar olduğunu söylədi. "Plovu çox yedim, özümü pis hiss edirəm" dedi, uzandı. "Özümü yaxşı hiss etmirəm, su istəyirəm" söylədi. Evdə bacım və qonaqlarımız var idi. "O stəkana buz əlavə et" dedi. Cavab verdim ki, "Soyuq olar sənə." Amma o, "ürəyim yanır, su istəyirəm" deyərək suyu içdi. Sonra mənə dedi: "Getmə, ana, sənə bir şey demək istəyirəm". Mən oturmuşdum, o isə uzanmışdı. Başını qucağıma aldım. Sonra dedi: "Ana, bizim əziyyətimizi çox çəkmisən, haqqını mənə halal et". Bu sözlər məni çox sarsıtdı, dedim ki, "o nə sözdür, halaldır." Amma sonra dedi: "Tamerlanı (Əlinin oğlu) sənə ümid edirəm. Heç vaxt səhnəyə qanıqara çıxma, səhnəni buraxma, bu sözlərimi qulağında sırğa kimi saxla". Mən düşünürdüm ki, o zarafat edir. Amma sonra başa düşdüm ki, o həqiqətən də həyatının son anlarını hiss edirdi. Biz isə bu sözləri ciddi qəbul etmədik. Ondan sonra nə baş verdiyini danışmaq istəmirəm. Amma hər dəfə səhnəyə çıxanda Əlinin o sözləri qulağımda səslənir: "Səni sevənlərin gözünü yolda qoyma, səhnəyə çıx, həmişə şən əhvali-ruhiyyədə ol, dostlarımıza və düşmənlərimizə hörmətlə yanaş". O zaman nə üçün bu sözləri dedi, başa düşmədim. Amma indi hər dəfə səhnəyə çıxanda o səs qulağımda səslənir, elə bil ki, dünən deyib".

Qeyd edək ki, Xalq artisti Nazpəri Dostəliyevanın böyük oğlu Əli 2021-ci ildə 41 yaşında ürək çatışmazlığından vəfat edib. O, həyat yoldaşından bir neçə il əvvəl ayrılmışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Mart 2025 02:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see237

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see223

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see193

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see182

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see162

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see162

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see152

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see150

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see147

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see141

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see137

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri