Nazpəri Dostəliyeva: Televiziyalar onları yığışdırmalıdır
Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xalq artisti Nazpəri Dostəliyeva efirdə trend davası edən müğənnilərə görə televiziyaları günahlandırıb.
Sfera.az "axşam.az"a istinadən xəbər verir ki, bu barədə sənətçi "Tarixin bir günü" verilişində danışıb. O bildirib ki, proqramlara trend davası edən ifaçılar buraxılmamalıdır:
"Mən düşünürəm ki, bunun ilk səbəbkarı bizim televiziyalarımızdır. Mətbuat da onları işıqlandırmamalıdır. Onlar verməsə, artıq trend məsələsi yığışdırılacaq. Əgər onlar yığışdırılsa, sənət adamları da verilişlərə güvənlə gələcək. Biləcəklər ki, həmin proqramda trenddə meydan sürənlər deyil, sənətkarlar olacaq.
Sözsüz ki, ilk növbədə kanallardır. Televiziyalardan gözləyirik ki, trendbazları yığışdırsınlar. İnsanların xoşuna gəlməyən söz-söhbətləri verməsinlər. Mən başa düşürəm, televiziyanın da bəzi qanunları və şərtləri var".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 27 İyul 2025 23:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















