Icma.az
close
up
RU
 Avropa İttifaqının 24 maddəlik super planı: Ukraynanın 90 faiz maraqları təmin edilir

 Avropa İttifaqının 24 maddəlik super planı: Ukraynanın 90 faiz maraqları təmin edilir

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Rusiya razılaşsa, müharibə dərhal dayanacaq

 Avropa İttifaqı (Aİ) Ukrayna münaqişəsinin tənzimlənməsinə dair 24 bəndlik sülh planı ilə çıxış edib. Böyük Britaniyanın "Teleqraf" nəşri sənədin tam versiyasını dərc edib. Plana görə, Rusiya və Ukrayna havada, quruda və dənizdə atəşkəsə əməl etməyi öhdəsinə götürür. Atəşkəsə nəzarəti ABŞ-nin rəhbərliyi altında Ukraynanın müttəfiqləri həyata keçirir. Ərazi məsələləri hazırkı təmas xətti əsasında müzakirə olunacaq və Ukraynanın suverenliyi təsdiqlənəcək. Kiyev heç bir halda neytrallığa məcbur edilməyəcək. Ukrayna ABŞ-nin və NATO Nizamnaməsinin 5-ci maddəsinə bənzər hüquqi cəhətdən təmin edilmiş təhlükəsizlik zəmanətləri alacaq, müdafiə sənayesinə heç bir məhdudiyyət qoyulmayacaq. Alyansın bütün üzvlərinin razılığı olduğu halda Ukraynanın NATO-ya üzvlüyü mümkün hesab ediləcək. Ukrayna Avropa İttifaqına üzv olacaq. Ərazi məsələləri Rusiya ilə danışıqlar yolu ilə, tam atəşkəs əldə edildikdən sonra həll ediləcək. Rusiyaya qarşı sanksiyalar davamlı sülh əldə edildikdən sonra mərhələli şəkildə yumşaldıla bilər, lakin sülh razılaşması pozularsa, yenidən bərpa ediləcək. Ekspertlər Aİ-nin sülh planının ABŞ-nin sülh planına cavab xarakteri daşıdığını deyiblər.

Ötən gün Cenevrədə Ukrayna nümayəndə heyəti ilə ABŞ, Almaniya, Fransa və Böyük Britaniya nümayəndə heyəti arasında keçirilən görüşlər çərçivəsində müharibənin dayandırılmasına dair birgə sənəd razılaşdırılıb. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov deyib ki, yeni versiya artıq Ukraynanın əksər narahatlıqlarını əks etdirir: "Sənədin hazırkı variantı təsdiqlənmənin son mərhələsində olsa da, artıq Ukraynanın əsas prioritetlərinin əksəriyyətini əks etdirir". Umerov qeyd edib ki, Ukrayna ABŞ ilə konstruktiv qarşılıqlı əlaqəni və Ukraynanın narahat olduğu məqamlara diqqətli münasibətini yüksək qiymətləndirir: "Bu, bizə əməkdaşlıq prosesində irəliləməyə imkan verir". Bundan əlavə, Anqolanın paytaxtı Luandada Avropa İttifaqı dövlətləri liderlərinin iştirakı ilə Ukraynada sülh planı ilə bağlı qeyri-rəsmi sammit keçirilib. Sammiti Avropa Şurasının prezidenti Antonio Koşta çağırıb. Aİ-nin on lideri tədbirdə iştirak edir, digər liderlər isə video əlaqə vasitəsilə tədbirə qatılıblar. Gündəlikdəki əsas məsələ Ukraynadakı sülh planı üzrə Aİ-nin mövqeyi, 23 noyabrda Cenevrədəki danışıqların nəticələri və Avropa İttifaqının gələcək birgə fəaliyyət planlarının müzakirəsi olub. Xatırladaq ki, ABŞ Prezidenti D.Trampın Rusiya-Ukrayna müharibəsinə dair 28 maddədən ibarət sülh planı təqdim olunub. Trampın planı tənqidlərə məruz qalıb.

Ədalət Partiyasının sədri Mütəllim Rəhimov Sherg.az-a deyib ki, Avropa İttifaqının 24 maddədən ibarət sənədi Tramp planının Rusiya tərəfinə üstünlük verməsi və Ukrayna üçün ağır şərtlər qoymasını nəzərə alaraq hazırlanıb. Partiya rəhbəri qeyd edib ki, sənəd Ukrayna və Avropa tərəfindən dəstəklənib və müharibənin sona çatdırılması, təhlükəsizlik qarantiyaları və iqtisadi bərpaya fokuslanıb:

"Rusiyaya da bəzi stimullar təklif edilir. Avropa Birliyinin 24 maddəlik sənədi Trampın planından daha çox Ukrayna maraqlarına uyğundur və Kiyev üçün "qırmızı xətləri" qoruyur. Tramp planı Rusiyanın əsas tələblərini (ərazilər, hərbi məhdudiyyət) əks etdirərək, Ukraynanı faktiki olaraq nəzarət altında saxlayır. 600 minlik ordu limiti və böyük ərazilər itkisi gələcək hücumlara qapı açır. Buna görə də Avropa Komissiyasının sədri Ursula fon der Lyayen planı “gələcək müharibə toxumları” kimi tənqid edib və “sərhədlər zorla dəyişdirilə bilməz” deyə bəyan edib. 24 maddəlik sənəd isə Ukrayna suverenliyini prioritet kimi qəbul edir. Ordu limitinin hazırkı səviyyəyə yaxın 800 minə qaldırılması yer alır. Bu da Ukraynanın təhlükəsizliyini gücləndirir, NATO-ya inteqrasiyanı açıq saxlayır və ABŞ qarantiyası ilə "5-ci maddə” mexanizmini təmin edir. İqtisadi olaraq, bloklanmış Rusiya aktivlərinin Ukraynanın bərpasına yönəldilməsi təklif edilir. Bu isə Tramp planındakı ABŞ-nin qazanc əldə etməsindən fərqli olaraq, tamamilə Kiyevə fayda verəcək. Humanitar cəhətdən, oğurlanmış uşaqların qaytarılması kimi prioritetlər də əlavə dəstək yaradır".

M.Rəhimov hesab edir ki, nəticədə, bu sənəd Ukraynanın maraqlarının təxminən 80-90 faizini əhatə edir:

"Ərazilər və təhlükəsizliklə bağlı məsələlər Ukraynanın maraqlarına cavab verir. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov son layihənin “Ukraynanın əsas prioritetlərinin çoxunu əks etdirdiyini” qeyd edib. Zelenski isə “ədalətli və davamlı sülh” ümidini ifadə edib. Ümumilikdə, Avropa Birliyinin təqdim etdiyi plan müharibəni dayandırma potensialını artırır. Çünki o, Avropa və Ukrayna tərəfindən dəstəklənir. ABŞ-nin də onun son variantının təsdiqində iştirakı olub. Lakin Rusiya da bununla razılaşmalıdır. Onun qəbul edilməsi üçün danışıqlar davam etdirilməlidir. Bu, Tramp planından daha balanslı bir layihədir. Ən pis halda Rusiya və Ukrayna arasında sülhün əldə edilməsi üçün Tramp planı ilə Avropa Birliyinin layihəsi əsasında Ukraynanın milli maraqlarını gözləməklə ortaq bir variant təklif edilə bilər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Noyabr 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see760

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see157

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see138

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see133

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri