Icma.az
close
up
RU
 Azərbaycanın xarici siyasəti aydın strateji xəttə əsaslanır ŞƏRH

 Azərbaycanın xarici siyasəti aydın strateji xəttə əsaslanır ŞƏRH

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu yanaşma ölkəmizin regional və qlobal səviyyədə etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir

2025-ci il Azərbaycanın xarici siyasət tarixində keyfiyyətcə yeni mərhələ kimi yadda qalır. Müharibədən sülhə keçid dövründə Prezident İlham Əliyevin fəal və çoxistiqamətli diplomatiyası nəticəsində Azərbaycan qlobal güc mərkəzləri ilə münasibətlərini yeni strateji müstəviyə daşıyıb. 

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi ənənəvi illik müsahibə bir daha göstərdi ki, ölkəmiz təkcə regionda deyil, eyni zamanda qlobal siyasi və iqtisadi proseslərdə də mövqeyini ardıcıl şəkildə möhkəmləndirən, milli maraqlara söykənən müstəqil siyasət yürüdən güclü dövlətdir. Dövlət başçısının bu müsahibəsi ilin yekunlarına dair sadə hesabat olmaqdan daha çox, Azərbaycanın bu gününü və gələcək inkişaf istiqamətlərini aydın şəkildə əks etdirən strateji yol xəritəsi kimi dəyərləndirilə bilər.

Müsahibədə beynəlxalq münasibətlər sistemində baş verən fundamental dəyişikliklərə xüsusi diqqət ayrılıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, hazırkı qlobal reallıqlar fonunda beynəlxalq hüququn norma və prinsipləri çox vaxt işlək mexanizm kimi çıxış etmir, dünya siyasətində isə ədalətdən daha çox güc amili həlledici rol oynayır. Məhz bu reallıqlar Azərbaycanın son illərdə apardığı xarici siyasətin fəlsəfəsini formalaşdırır və ölkəmizin çevik, praqmatik, çoxistiqamətli diplomatik xəttinin əsasını təşkil edir.

Bu strateji yanaşmanın nəticəsi olaraq, müharibədən sülhə keçid dövründə Azərbaycan qlobal güc mərkəzləri ilə münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəldib. Xüsusilə Prezidentin ABŞ-a tarixi səfəri, Ağ Evdə Donald Trampla keçirilən görüş və ABŞ–Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanmasına start verilməsi Vaşinqton–Bakı xəttində uzun illər mövcud olan siyasi maneələrin aradan qalxdığını göstərib. 907-ci düzəlişin faktiki olaraq dayandırılması, Strateji İşçi Qrupunun yaradılması, Azərbaycan–Ermənistan Birgə Bəyannaməsinin imzalanması və ATƏT-in Minsk Qrupunun ləğvi Azərbaycanın hərbi-siyasi Qələbəsinin beynəlxalq miqyasda təsdiqi kimi dəyərləndirilir.

Eyni zamanda, Prezident Donald Tramp administrasiyasının praqmatik və milli maraqlara əsaslanan yanaşması ABŞ–Azərbaycan münasibətlərində etimad mühitini gücləndirib, Zəngəzur dəhlizi və TRIPP marşrutu kimi regional əhəmiyyətli layihələrə beynəlxalq siyasi dəstək təmin olunub.

Bununla paralel olaraq, Azərbaycan Çin Xalq Respublikası ilə hərtərəfli strateji tərəfdaşlığını rəsmiləşdirərək Orta Dəhliz üzərindən Asiya–Avropa bağlantısında əsas tranzit və logistika mərkəzlərindən birinə çevrilməkdədir. Çinlə artan ticarət dövriyyəsi, investisiyalar, nəqliyyat və texnologiya sahəsində əməkdaşlıq Bakının geoiqtisadi çəkisini daha da artırıb. 2024–2025-ci illərdə Azərbaycan–Çin münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib, 21 sənəd imzalanıb və yüksək səviyyəli səfərlər intensivləşib. Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olaraq qalır, ticarət dövriyyəsi 2025-ci ildə 4,2 mlrd dolları keçib, ilk dəfə Bakı–Çin dəmir yolu ixracı reallaşıb. Vizaların ləğvi iki ölkə arasında insanlararası əlaqələri və turizmi əhəmiyyətli dərəcədə gücləndirib.

2025-ci ildə Azərbaycanın D-8 təşkilatına üzv qəbul olunması, Mərkəzi Asiya platformasında tamhüquqlu iştirakı, Türk Dövlətləri Təşkilatında aparıcı rolunun möhkəmlənməsi və Qəbələdə keçirilən TDT Sammitində hərbi əməkdaşlıq təşəbbüsü ölkənin artıq regional deyil, regionlararası “orta güc” kimi çıxış etdiyini təsdiqləyir. Xankəndi, Şuşa və Qəbələdə təşkil olunan beynəlxalq tədbirlər isə Azərbaycanın artan siyasi nüfuzunun və yeni geosiyasi reallıqların açıq göstəricisinə çevrilib.

Azərbaycanın yeritdiyi xarici siyasət xəttini şərh edən Milli Məclisin deputatı Asim Mollazadənin “Sherg.az”a açıqlamasında bildirib ki, Azərbaycanın xarici siyasəti təsadüfi addımlara deyil, aydın müəyyənləşdirilmiş strateji xəttə əsaslanır. Deputatın sözlərinə görə, bu strategiyanın mərkəzində tərəfdaşlıq, qarşılıqlı maraqlara söykənən əməkdaşlıq və regionda davamlı sülhün təmin olunması dayanır: “Azərbaycan üçün əsas prioritetlərdən biri məhz sülh yaratmaqla Cənubi Qafqazda sabitliyi möhkəmləndirmək və təhlükəsiz inkişaf mühiti formalaşdırmaqdır. 2025-ci ilin avqustunda ABŞ-ın dəstəyi ilə Azərbaycan və Ermənistan arasında Sülh razılaşmasının imzalanması ölkəmizin sülhyönlü siyasətinin real nəticəsidir. Bu mühüm sənəd təkcə iki ölkə arasında münasibətlərin normallaşması baxımından deyil, bütövlükdə regionun gələcək təhlükəsizlik arxitekturası üçün həlledici əhəmiyyət daşıyır. Sülh razılaşmasından sonra Azərbaycanın ABŞ ilə münasibətlərində yeni mərhələyə qədəm qoyulub. Tərəflər arasında tərəfdaşlıq və qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət edən sənədlər üzərində çoxşaxəli və sistemli işlər aparılmağa başladı. Bununla yanaşı, Azərbaycan xarici siyasətində balanslaşdırılmış yanaşmanı qoruyaraq Çin Xalq Respublikası ilə də strateji tərəfdaşlıq münasibətlərini uğurla inkişaf etdirir. Bu əməkdaşlıq ilk növbədə qarşılıqlı maraqlara əsaslanır və nəqliyyat-logistika, enerji, tranzit imkanlarının genişləndirilməsi kimi prioritet sahələri əhatə edir. Orta Dəhliz çərçivəsində Azərbaycan–Çin əməkdaşlığı ölkəmizin regional və qlobal ticarət marşrutlarında mövqeyini daha da gücləndirir”.

Asim Mollazadə qeyd edib ki, Azərbaycanın xarici siyasət kursunun əsas məntiqi milli maraqlardan irəli gəlir. Ölkəmiz ideoloji bloklaşmalardan kənar duraraq, bütün dövlətlərlə normal, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq qurmağa çalışır. Bu siyasətin mühüm dayaqlarından biri də Azərbaycanın müttəfiqlik münasibətləridir: “Azərbaycanın ən yaxın və strateji müttəfiqi isə qardaş Türkiyədir. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan və Türkiyə eyni dəyərləri bölüşən böyük türk ailəsinin üzvləridir.

Bu müttəfiqlik xətti təkcə ikitərəfli münasibətlərlə məhdudlaşmır. Azərbaycanın təşəbbüsləri nəticəsində Mərkəzi Asiya türk dövlətləri ilə də əməkdaşlıq yeni keyfiyyət mərhələsinə yüksəlib. Azərbaycanın əldə etdiyi hərbi-siyasi qələbə digər türk dövlətlərinə də öz təhlükəsizliklərini daha güclü və arxayın şəkildə qurmaq imkanı verib. Bu ölkələr Azərbaycanın təcrübəsindən faydalanaraq təhlükəsizlik, müdafiə və dövlət idarəçiliyi sahələrində inkişaf etməyə çalışırlar”.

Deputat əlavə edir ki, Azərbaycan xarici siyasətində təkcə təhlükəsizlik və iqtisadi məsələlərə deyil, insan kapitalının inkişafına, elm və mədəniyyət amilinə də xüsusi önəm verir: “Türk dövlətləri ilə birgə universitetlərin yaradılması, təhsil proqramlarının genişləndirilməsi, mədəni-humanitar əməkdaşlığın dərinləşdirilməsi Azərbaycanın uzunmüddətli strateji hədəflərinin tərkib hissəsidir. Bu yanaşma ölkəmizin regional və qlobal səviyyədə etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:55
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Yanvar 2026 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see646

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see230

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see188

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see182

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see173

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see170

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see159

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see157

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see157

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see139

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see135

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri