Zəngəzur dəhlizi regionun yeni nəfəsliyi olur ANALİTİK
Icma.az, Sherg.az portalına istinadən məlumat verir.
Bu yol təkcə Naxçıvana deyil, qlobal bazarlara açılır
Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında açılacaq “Tramp Marşrutu” və ya Zəngəzur dəhlizi fasiləsiz və maneəsiz rejimdə işləyəcək. Bu barədə Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan bildirib.
O qeyd edib ki, bütün bu prosesin məqsədi Azərbaycanın Ermənistan ərazisindən keçməklə Naxçıvana maneəsiz və fasiləsiz əlaqəsini təmin etməkdir. Bu öhdəlik Ermənistan tərəfindən artıq əvvəlcədən razılaşdırılmış və imzalanmış sənədlərdə təsbit olunub.
Politoloq Yusif Bağırzadə bu açıqlamanı “Sherg.az”a şərh edərkən qeyd edib ki, dəhlizin açılması yalnız Azərbaycanın Naxçıvanla əlaqəsini gücləndirməklə kifayətlənməyəcək, həm də regionda yeni nəqliyyat marşrutları yaradacaq, beynəlxalq ticarət yollarını birləşdirəcək və iqtisadi əməkdaşlığı inkişaf etdirəcək. O, bildirib ki, Zəngəzur dəhlizi Şimal-Cənub və Şərq-Qərb tranzit marşrutlarının effektivliyini artıracaq və iqtisadi faydaları region ölkələrinin də qəbul edə biləcəyi bir təşəbbüs kimi sülh və əməkdaşlıq perspektivlərini gücləndirəcək:
“Zəngəzur dəhlizinin işə başlaması, regionda yeni nəqliyyat marşrutlarının açılmasını və iqtisadi əlaqələrin inkişafını təmin edəcək. Bu dəhliz, Şərq-Qərb və Şərq-Cənub istiqamətindəki beynəlxalq ticarət yollarının bir hissəsinə çevriləcək və Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əlaqələrini möhkəmləndirəcək. Naxçıvan ilə Azərbaycan əsas hissəsi arasında alternativ nəqliyyat marşrutlarının yaradılması, həmçinin Azərbaycanın şimalı və cənubu arasında yeni əlaqələrin qurulması, ölkənin iqtisadi inkişafını sürətləndirəcək. Zəngəzur dəhlizinin reallaşması Azərbaycanın regionda nəqliyyat mərkəzinə çevrilməsi baxımından kritik əhəmiyyət daşıyır. Azərbaycanın Zəngəzur dəhlizi layihəsindəki böyük məqsədi, həmçinin tranzit yüklərin ötürülməsi və bu layihənin Şimal-Cənub marşrutunun ikinci hissəsi kimi işləməsidir. Bu yol, Rusiya-Bakı-Ağbənd-Ermənistan-Naxçıvan-Culfa-Fars Körfəzi istiqamətində tranzit əlaqələrini bərpa edəcək. Bu, həm Orta Dəhlizin, həm də Şimal-Cənub layihəsinin gücləndirilməsinə imkan verəcək. Zəngəzur dəhlizi həmçinin Ermənistan və Azərbaycan arasında iqtisadi və sosial əlaqələri daha da inkişaf etdirəcək, bu isə gələcəkdə sülh və əməkdaşlıq üçün mühüm təməl olacaq”.
Politoloqun sözlərinə görə, bu layihənin ərazi münaqişələrindən kənar, yalnız iqtisadi və nəqliyyat faydalarını nəzərə alaraq həyata keçirilməsi yalnız Azərbaycanın deyil, həm də Ermənistanın, o cümlədən də İran və Rusiyanın dəhlizin müsbət təsirini qəbul etməsinə şərait yaradır: "Yəni, Zəngəzur dəhlizinin reallaşması bütün region ölkələrinin faydalana biləcəyi bir iqtisadi təşəbbüs olacaq ki, bu da regionda sülh və əməkdaşlıq perspektivlərini gücləndirəcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 22 Yanvar 2026 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















