Icma.az
close
up
RU
NDU da 31 xarici professor çalışacaq

NDU da 31 xarici professor çalışacaq

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Naxçıvan Dövlət Universitetinin (NDU) strateji inkişaf planına uyğun olaraq tədris və tədqiqat fəaliyyətində əcnəbi professorların cəlbi prosesi yeni tədris ilində də davam edir.

NDU-dan “Qafqazinfo”ya verilən məlumata görə, universitetin beynəlmilləşmə siyasətinin tələbləri və imzalanan anlaşma memorandumlarının müvafiq bəndlərinin icrası məqsədilə 7 fakültə üzrə 31 xarici professor 2025-2026-cı tədris ilində ali təhsil ocağında mühazirələr oxuyacaq, tədqiqat aparacaqlar.

Bu göstərici NDU tarixində əcnəbi akademiklərin tədrisə cəlbində say olaraq ən yüksək göstəricidir. Nüfuzlu universitetlərdən olan alimlər iqtisadiyyat, hüquq, mühəndislik, tibb və digər sahələr üzrə dərslər deyəcəklər. Əcnəbi professorların təkcə tədris sahəsində deyil, həm də beynəlxalq qrant layihələrinin hazırlanması və birgə elmi araşdırmaların aparılmasında da fəal iştirakı planlaşdırılır. Bu uğurlu təşəbbüs qlobal bilik və təcrübə mübadiləsi imkanları yaradacaq.

Bildirək ki, tədris və tədqiqatın keyfiyyətinin təkmilləşdirilməsi məqsədilə NDU-da əcnəbi professorların tədrisə və elmi fəaliyyətlərə cəlbi davamlı olaraq diqqət mərkəzində saxlanılır. 2025-ci ilin aprel ayında Azərbaycan ali təhsil məkanında ilk dəfə olaraq məhz NDU-da genişmiqyaslı “Beynəlxalq Təlim Aylığı” proqramı həyata keçirilib.  Proqram çərçivəsində 6 fərqli ölkədən 21 təlimçi universitetdə müxtəlif sahələri əhatə edən təlimlər aparıb. Bu təlimlər 3 dildə – Azərbaycan, türk və ingilis dillərində olmaqla, ABŞ, Yaponiya, İngiltərə, Türkiyə, Hollandiya və Özbəkistandan olan tanınmış ekspertlərin iştirakı ilə baş tutub.

Xüsusilə qeyd etmək lazımdır ki, 2024-cü ildə də 10 əcnəbi professor təlim və tədqiqat proseslərinə cəlb olunub. Həmin il Nobel mükafatçısı, dünyaca məşhur alim Əziz Səncər də NDU-nun qonağı olub.

Ümumilikdə isə əcnəbi mütəxəssislərin NDU-ya cəlbi universitetin beynəlxalq elmə inteqrasiyasını gücləndirməklə yanaşı, təhsil və tədqiqat mühitinin daha da zənginləşməsinə xidmət edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 Avqust 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see466

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see349

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see267

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see259

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see248

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see229

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see221

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see217

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see209

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see199

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see198

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see197

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see197

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see193

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see192

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see186

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see172

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see168

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see166

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri