Icma.az
close
up
RU
Növbəti tədris ilində Naxçıvan Dövlət Universitetində 31 əcnəbi professor çalışacaq

Növbəti tədris ilində Naxçıvan Dövlət Universitetində 31 əcnəbi professor çalışacaq

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Naxçıvan, 7 avqust, AZƏRTAC

Naxçıvan Dövlət Universitetinin (NDU) beynəlmilləşmə siyasətinin tələbləri və imzalanan anlaşma memorandumlarının müvafiq bəndlərinin icrası məqsədilə 7 fakültə üzrə 31 xarici professor 2025-2026-cı tədris ilində ali təhsil ocağında mühazirələr oxuyacaq, tədqiqat aparacaqlar.

Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu, NDU tarixində əcnəbi akademiklərin tədrisə cəlbində say olaraq ən yüksək göstəricidir. Nüfuzlu universitetlərdən olan alimlər iqtisadiyyat, hüquq, mühəndislik, tibb və digər sahələr üzrə dərs deyəcəklər.

Əcnəbi professorların təkcə tədris sahəsində deyil, həm də beynəlxalq qrant layihələrinin hazırlanması və birgə elmi araşdırmaların aparılmasında da fəal iştirakı planlaşdırılır. Bu uğurlu təşəbbüs qlobal bilik və təcrübə mübadiləsi imkanları yaradacaq.

Qeyd edək ki, tədris və tədqiqatın keyfiyyətinin təkmilləşdirilməsi məqsədilə Naxçıvan Dövlət Universitetində əcnəbi professorların tədrisə və elmi fəaliyyətlərə cəlb olunması daim diqqət mərkəzində saxlanılır. Cari ilin aprel ayında Azərbaycan ali təhsil məkanında ilk dəfə olaraq məhz NDU-da genişmiqyaslı “Beynəlxalq Təlim Aylığı” proqramı həyata keçirilib. Proqram çərçivəsində 6 ölkədən 21 təlimçi universitetdə müxtəlif sahələri əhatə edən təlimlər aparıb. Bu təlimlər 3 dildə – Azərbaycan, türk və ingilis dillərində olmaqla ABŞ, Yaponiya, İngiltərə, Türkiyə, Niderland və Özbəkistandan olan tanınmış ekspertlərin iştirakı ilə baş tutub. 2024-cü ildə də 10 əcnəbi professor təlim və tədqiqat proseslərinə cəlb olunub. Həmin il Nobel mükafatçısı, dünyaca məşhur alim Əziz Səncər də Naxçıvan Dövlət Universitetinin qonağı olub. Ümumilikdə isə əcnəbi mütəxəssislərin NDU-ya cəlbi universitetin beynəlxalq elmə inteqrasiyasını gücləndirməklə yanaşı, təhsil və tədqiqat mühitinin daha da zənginləşməsinə xidmət edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Avqust 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri