Icma.az
close
up
RU
NDU da Azərbaycan Milli Teatr Günü qeyd olundu Fotolar

NDU da Azərbaycan Milli Teatr Günü qeyd olundu Fotolar

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Naxçıvan Dövlət Universitetində 10 Mart – Azərbaycan Milli Teatr Gününə həsr olunmuş tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbiri giriş sözü ilə açan “Teatr və mədəniyyətşünaslıq” kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülxarə Əhmədova çıxışında Milli Teatr Gününün hər il qeyd olunmasının artıq ənənə halını aldığını vurğulayıb.

Bildirib ki, bu münasibətlə müxtəlif teatr nümunələri hazırlanaraq tamaşaçılara təqdim olunur və belə tədbirlərin təşkil olunması bu sənətə marağın artırılmasında əhəmiyyətli rol oynayır.

Universitetin “Teatr və mədəniyyətşünaslıq” kafedrasının müəllimi, rejissor Nurbəniz Bağırovanın rəhbərliyi altında “Aktyor sənəti” ixtisası üzrə II kurs tələbələrinin iştirakı ilə yazıçı-dramaturq Kamal Abdullanın “Hərdən mənə mələk də deyirlər” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa Tələbə Teatr Studiyasının səhnəsində nümayiş etdirilib.

Bədii rəhbəri Gülxarə Əhmədova, quruluşçu rəssamı isə Cavid İsmayılov olan bu səhnə işi tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Tamaşadan sonra NDU-nun rektoru Elbrus İsayev çıxış edərək əlamətdar gün münasibətilə aktyorları təbrik edib, muxtar respublikada, eləcə də ölkə və beynəlxalq səviyyədə keçirilən tədbirlərdə universiteti uğurla təmsil edən tələbələrin fəaliyyətini yüksək qiymətləndirib. Rektor vurğulayıb ki, tələbələrin qazandıqları nailiyyətlər universitet üçün əsas qürur mənbəyidir.

Elbrus İsayev həmçinin əlavə edib ki, ali təhsil müəssisəsində aktyorluq sahəsi üzrə ölkənin tanınmış sənət adamları tədris prosesinə cəlb olunur və bu da gənc aktyorların peşəkar formalaşmasına mühüm töhfə verir.

Çıxışının sonunda rektor Tələbə Teatr Studiyasının fəaliyyətini yüksək qiymətləndirərək bu sahədə çalışan hər kəsə uğurlar arzulayıb. Bildirib ki, belə əlamətdar günlər teatr sənətinin yaşadılması, gənc aktyorların yetişdirilməsi və milli teatr irsinin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.

Tədbirin sonunda universitetin mədəni həyatının zənginləşdirilməsinə verdiyi töhfələrə və 2025-ci il ərzində göstərdiyi səmərəli fəaliyyətinə görə İncəsənət fakültəsinin bir qrup müəllim və tələbəsi təşəkkürnamə ilə təltif olunub.






Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 Mart 2026 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri