Icma.az
close
up
RU
NDU da Kamal Abdullanın 75 illiyi qeyd olundu Fotolar

NDU da Kamal Abdullanın 75 illiyi qeyd olundu Fotolar

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Naxçıvan Dövlət Universitetində filologiya elmləri doktoru, professor Kamal Abdullayevin anadan olmasının 75 illiyinə həsr olunmuş yubiley konfransı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Xalq yazıçı və ictimai xadimin Azərbaycan elminə və təhsilinə verdiyi töhfələrin geniş işıqlandırıldığı tədbir elmi-ədəbi ictimaiyyət tərəfindən mühüm hadisə kimi dəyərləndirilib.

Konfransı giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev yubilyarı təbrik edərək onun elmi fəaliyyəti, dilçilik sahəsində apardığı tədqiqatlar və ədəbiyyatşünaslığa verdiyi əhəmiyyətli töhfələr haqqında danışıb. Qeyd olunub ki, Kamal Abdulla yalnız görkəmli yazıçı və dövlət xadimi kimi deyil, eyni zamanda ali təhsil sahəsində uzun illərdir yorulmadan çalışan təhsil təşkilatçısı kimi də tanınır.

Rektor Kamal Abdullaya Naxçıvan Dövlət Universitetinin Fəxri fərmanını və rəsm əsəri təqdim edib.

Tarix-filologiya fakültəsinin dekanı Arif Ağalarovun moderatorluğu ilə davam edən tədbirdə yerli və xarici universitetlərin alimləri məruzələrlə çıxış ediblər.

AMEA-nın Naxçıvan bölməsinin sədri, professor İsmayıl Hacıyev Kamal Abdullanın dilçilik sahəsində qoyduğu elmi irsdən bəhs edərək onu yubiley münasibətilə təbrik edib.

Azərbaycan Dillər Universitetinin professoru, AMEA-nın həqiqi üzvü Muxtar İmanov “Kamal Abdullanın dilçilik və ədəbiyyat sahəsində tədqiqatları” mövzusunda məruzə ilə çıxış edərək alimin elmi irsinin milli filologiyanın inkişafındakı rolunu vurğulayıb.

Rumıniyanın Yaşi Universitetinin professoru Ludmila Bejenaru isə “Kamal Abdulla dünya ədəbiyyatında” mövzusunda çıxışında alimin beynəlxalq elmi-ədəbi mühitdə tanınmasından və onun elmi fəaliyyətinə həsr etdiyi müəllifi olduğu kitabdan danışıb.

Naxçıvan MR Yazıçılar Birliyinin sədri Asim Yadigar yazıçının şeirlərindən söz açaraq onların poetik dəyərini vurğulayıb, yubilyara özünün müəllifi olduğu poemasını hədiyyə edib.

Tədbirin sonunda dosent Gülxarə Əhmədova “Kamal Abdulla dramaturiyası və teatr dili” mövzusunda məlumat verib və universitetin Teatr və mədəniyyətşünaslıq kafedrasının müəllimi, rejissor Nurbəniz Niftəliyevanın aktyor sənəti ixtisası üzrə 2-ci kurs tələbələri ilə hazırladığı K. Abdullanın “Hərdən mənə mələk də deyirlər” eyniadlı tamaşası Tələbə Teatr Studiyasının səhnəsində nümayiş olunub.

Göstərilən diqqət və ehtirama görə minnətdarlığını bildirən akademik tədbiri özünün “Soldu nar çiçəkləri” şeiri ilə yekunlaşdırıb.








Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 03 Dekabr 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri