Icma.az
close
up
RU
NDU da tanınmış macar yazarın “Yaşam üçün nəfəs” tamaşası nümayiş olunub

NDU da tanınmış macar yazarın “Yaşam üçün nəfəs” tamaşası nümayiş olunub

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Naxçıvan, 14 may, AZƏRTAC

Macarıstanın görkəmli dövlət xadimi, yazıçı-dramaturq Şandor Lejakın “Yaşam üçün nəfəs” əsəri əsasında Naxçıvan Dövlət Universitetində eyniadlı tamaşa nümayiş olunub. Tamaşa ölkəmizdə ilk dəfə NDU-nun İncəsənət fakültəsinin “Teatr və mədəniyyətşünaslıq” kafedrası tərəfindən hazırlanıb.

Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tamaşa Macarıstanın Kommunist dövründəki ağır ictimai mühitini əks etdirir. Müharibənin insanlar üzərində qoyduğu dərin izlər, yarım qalan arzular və çətin şəraitin əks olunduğu səhnə əsəri maraqlı, zəngin dekorasiyası və ən əsası aktyorların məharətli çıxışı ilə yaddaqalan olub.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev tamaşanı Macarıstan və Azərbaycan ədəbi-mədəni mühitinə töhfə olaraq dəyərləndirib.

Görkəmli yazıçı Şandor Lejak yaradıcı kollektivə təşəkkür edib. Yazıçı çıxışında əsərin ilk dəfə 1987-ci ildə səhnələşdirildiyini vurğulayıb. Sonrakı illərdə də nümayiş olunduğunu, ancaq Naxçıvan Dövlət Universitetindəki bu nümayişin özünəməxsus və peşəkar təqdimatla yadda qalacağını bildirib. Dünyaşöhrətli yazıçı Con fon Neyman Universiteti ilə NDU arasındakı əməkdaşlığın daha da genişlənəcəyini qeyd edib.

Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla çıxışında Naxçıvandan başlanan belə uğurlu sənət nümunəsinin daha geniş auditoriyalarda nümayiş olunmasının vacibliyini bildirərək, yaradıcı heyətə bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 May 2025 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri