Icma.az
close
up
RU
NDU da təhsil tələbə krediti ilə bağlı növbəti görüş keçirilib

NDU da təhsil tələbə krediti ilə bağlı növbəti görüş keçirilib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Naxçıvan, 7 aprel, AZƏRTAC

Naxçıvan Dövlət Universiteti ilə Təhsil Tələbə Krediti Fondu arasında görüş keçirilib.

Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirdə Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru Elbrus İsayev Təhsil Tələbə Krediti Fondunun (TTKF) fəaliyyətini və universitet ilə əməkdaşlığını yüksək qiymətləndirib. Qeyd edib ki, təhsil sahəsinin inkişafı ölkəmizdə prioritet istiqamətlərdən biridir.

Rektor vurğulayıb ki, təhsilin əlçatanlığının təmin olunması fondun tələbələr üçün yaratdığı xüsusi imkanlardır və universitetdə təşkil olunan TTK ilə bağlı məlumatlandırma və təşviq xarakterli görüşlərdə bu imkanlar diqqətə çatdırılır. Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun idarə heyətinin sədri Bəhruz Əzimov fondun yaranma tarixi, məqsədi haqqında geniş məlumat verib. Qeyd edib ki, fondun yaradılmasında əsas məqsəd əhalinin aztəminatlı təbəqəsindən olan şəxslərin təhsili üçün bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir.

Bəhruz Əzimov təhsil tələbə kreditinin sosial və standart növləri və tətbiq edilən güzəştləri diqqətə çatdırıb. Elm və Təhsil Nazirliyi Aparatının baş məsləhətçisi Cabbar Hüseynli kreditlər veriləndə ilkin mərhələdə giriş balları nəzərə alınmaqla yüksək nəticə göstərilməsi yönündə ilkin şərti diqqətə çatdırıb. Kredit məbləğinin birbaşa tələbəyə deyil, ali təhsil aldığı müəssisəyə verildiyini vurğulayıb. Hər hansı səbəbdən götürülən kredit geri qaytarıla bilmədikdə tələbəyə möhlət hüququ verildiyini söyləyib. Həmçinin, tələbənin valideynləri işləmirsə və ya qruplar üzrə əlilliyi mövcuddursa həmin tələbənin sosial tələbə kreditindən istifadə edə biləcəyini bildirib.

Universitetin Monitorinq və qiymətləndirmə sektorunun müdiri Elgün Tağıyev fond yarandığı gündən NDU-da TTK-ya müraciət sayını diqqətə çatdırıb. İllər üzrə statistikalarda müraciətlərin daim artdığını bildirib. Vurğulayıb ki, bu günə qədər NDU-da TTK-ya 1 308 müraciət olub, 1091 müraciət rəsmiləşib. Rəsmiləşən müraciətlərin 272-si sosial, 819-u isə standart təhsil tələbə kreditinə aid olub. Sonda tələbələri maraqlandıran suallara aydınlıq gətirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Aprel 2025 23:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri