Icma.az
close
up
RU
NDU da Ana dilinin qorunması ilə bağlı tematik görüş keçirilib FOTOLAR

NDU da Ana dilinin qorunması ilə bağlı tematik görüş keçirilib FOTOLAR

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Dekabrın 19-da Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Kembric  məktəbində  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan dilinin qorunması, inkişafı və ədəbi normalara uyğun istifadəsi ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək məqsədilə “Azərbaycan ədəbi dilinin saflığının qorunması” mövzusunda tematik görüş keçirilib.

Gununsesi.info  xəbər verir ki,  tədbirdə Naxçıvan Dövlət Universitetinin rəhbərliyi, professor-müəllim heyəti, elmi işçilər, tədqiqatçılar, tələbələr, eləcə də NDU nəzdində İngilis dili təmayüllü Gimnaziyanın şagirdləri də iştirak ediblər.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev tədbiri giriş sözü ilə açaraq vurğulayıb ki,  Azərbaycan dilinin dövlət dili kimi qorunması və saflığının təmin edilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi strateji dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Rektorun sözlərinə görə, dövlət başçısının ana dilinin saflığının qorunmasına dair prinsipial mövqeyi ali təhsil müəssisələrinin üzərinə xüsusi məsuliyyət qoyur və bu məsələyə Naxçıvan Dövlət Universitetinin tədris prosesi, elmi araşdırmalar və ictimai mühitində ardıcıl şəkildə yanaşılır.
Elbrus İsayev onu da vurğulayıb ki, ana dilinə hörmət yalnız normativ tələblərin icrası ilə məhdudlaşmır, bu eyni zamanda milli düşüncə tərzinin və vətəndaş məsuliyyətinin formalaşmasının mühüm göstəricisidir.
Rektorun sözlərinə görə, Naxçıvan Dövlət Universiteti ana dilinin qorunmasını institusional dəyər kimi qəbul edərək bu istiqamətdə maarifləndirici və davamlı elmi-ictimai mühit formalaşdırır.
Tematik görüşün əsas məruzəçisi filologiya elmləri doktoru, professor Mahirə Hüseynova Azərbaycan ədəbi dilinin tarixi inkişaf yolu, dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsi və müasir dövrdə dilin qarşılaşdığı problemlər barədə ətraflı məlumat verib.
Professor qeyd edib ki, Prezident İlham Əliyevin Ana dilinin saflığının qorunmasına dair ardıcıl çağırışları dilçilik elmi və təhsil sistemi üçün mühüm istiqamətverici rol oynayır.
Mahirə Hüseynova ana dilinin qorunmasının yalnız elmi müstəvidə deyil, gündəlik ünsiyyət, ictimai davranış və xüsusilə də,  təhsil prosesində prinsipial mövqe tələb etdiyini diqqətə çatdırıb.
Onun sözlərinə görə, qloballaşma şəraitində Azərbaycan ədəbi dilinin elmi əsaslarla tədrisi və düzgün tətbiqi milli kimliyin və milli yaddaşın qorunmasının əsas təminatlarından biridir.
Professorun qənaətincə, dövlət başçısının ana dilini milli yaddaşın və milli təhlükəsizliyin əsas elementi kimi dəyərləndirməsi cəmiyyətin bütün təbəqələrində dilə məsuliyyətli münasibətin formalaşmasına xidmət edir.
Məruzədə o da vurğulanıb ki, beynəlxalq təhsil proqramlarının tətbiq olunduğu mühitlərdə Azərbaycan ədəbi dilinin qorunması Prezident İlham Əliyevin müəyyən etdiyi milli dil siyasətinin praktik təzahürüdür.
Bu baxımdan, Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Kembric Məktəbi və İngilis dili təmayüllü Gimnaziya Ana dilinin qorunduğu və yüksək səviyyədə tətbiq edildiyi nümunəvi təhsil ocaqları kimi dəyərləndirilib.
Görüş çərçivəsində dilin ictimai-siyasi həyatda rolu, kütləvi informasiya vasitələrində dil mədəniyyətinin qorunması və tədris prosesində ədəbi dil normalarına riayət edilməsi kimi mövzularda geniş fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Ana dilinin qorunması və təbliği istiqamətində universitetlə mütəmadi elmi-ictimai əməkdaşlığa verdiyi töhfələrə görə Naxçıvan Dövlət Universitetinin fəxri professoru Mahirə Hüseynovaya minnətdarlığını bildirib.
Rektor vurğulayıb ki, bu cür davamlı görüşlər və elmi müzakirələr ali təhsil mühitində ana dilinə məsuliyyətli münasibətin formalaşmasına, elmi yanaşmanın güclənməsinə və milli dil siyasətinin uğurla həyata keçirilməsinə mühüm töhfə verir.
Sonda qeyd olunub ki, Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi milli dil siyasətinə uyğun olaraq Ana dilinin qorunması, ədəbi saflığının təmin edilməsi və gənc nəslə aşılanması istiqamətində elmi-ictimai tədbirlərin təşkili bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 20 Dekabr 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see253

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see252

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see241

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see210

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see199

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see178

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see175

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see167

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see159

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see150

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see149

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri