Icma.az
close
up
RU
NDU da “Zəfər irsi” adlı konfrans keçirildi Fotolar

NDU da “Zəfər irsi” adlı konfrans keçirildi Fotolar

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Noyabrın 5-də Naxçıvan Muxtar Respublikasında 8 Noyabr- Zəfər Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı tədbirlər planı çərçivəsində Naxçıvan Dövlət Universitetində “Zəfər irsi” adlı konfrans keçirilib.

“Qafqazinfo” xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Naxçıvan şəhərində yerləşən Zəfər abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar.

Sonra ali təhsil ocağında İncəsənət fakültəsinin tələbələrinin 8 Noyabr- Zəfər Gününə həsr olunan 60-dan artıq əl işlərinin nümayiş olunduğu sərgiyə baxış olub.

Konfransın rəsmi açılış hissəsində dahi rəhbər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Konfransda dövlət və hökumət rəsmiləri, deputatlar, ictimaiyyət nümayəndələri, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov açılış nitqi ilə çıxış edərək, Azərbaycanın müasir tarixində dövlətçilik ənənələrinin bərpası və möhkəmləndirilməsinin məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. Ceyhun Cəlilov vurğulayıb ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində milli birliyimiz daha da güclənib və 44 günlük Vətən müharibəsində tarixi Zəfərin qazanılmasında xalq-dövlət-ordu birliyi həlledici amil olub. Baş nazir 8 Noyabr- Zəfər Gününün tarixi önəmindən bəhs edib, dünəni, bu günü və sabahı konteksində dəyərləndirib, bu tarixin hər bir azərbaycanlı üçün qürur və minnətdarlıq günü olduğunu ifadə edib.

Ceyhun Cəlilov, “Beş il öncə qazanılmış tarixi Zəfər sadəcə Azərbaycanın ərazi bütövlüyünü bərpa etmədi, həm də bütün dünyaya sahib olduğumuz əsl gücü nümayiş etdirdi”, - deyə qeyd edib. Baş nazir əlamətdar gün ilə bağlı keçirilən konfransı tarixi qələbəni gələcək nəsillərə milli irs, vətənpərvərlik və strateji düşüncə nümunəsi kimi ötürülməsi yollarını müəyyənləşdirmək, Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq proseslərini, iqtisadi inkişaf imkanlarını və “post-müharibə dövrü” strategiyalarını təhlil etməyə yönəlmiş olduqca önəmli elmi mübadilə platforması adlandırıb.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev vurğulayıb ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpası ən böyük Qələbəmiz kimi tarixə əbədi həkk olunub və beşinci ildir ki,  8 Noyabr -Zəfər Gününü milli qürur duyğusu ilə qeyd edirik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun döyüş meydanında qazandığı qələbə tarixi ədaləti bərpa edib, Azərbaycanı regional güc mərkəzinə çevirib, həm də  informasiya cəbhəsində ölkəmizə qarşı qərəzli kampaniyalarına son nöqtəni qoyub. Bu möhtəşəm Zəfərə ötən illər ərzində ölkədə iqtisadi, siyasi, təhsil, ordu quruculuğu və ideoloji sahədə müəyyənləşdirilən hədəflərin zəmin yaratdığını diqqətə çatdıran rektor vurğulayıb ki, Azərbaycan dünyaya hər zaman  sülh, sabitlik, inkişaf, əməkdaşlıq kimi təməl prinsipləri əsas tutan beynəlxalq aləmdə öz imzası ilə seçilən etibarlı tərəfdaş olduğunu sübut etdi. Elbrus İsayev XXI əsrdə müasir hərb tarixinə öz yeni döyüş təcrübəsini gətirən, Zəfər paradı keçirən tək ölkə olaraq Azərbaycanın regiona gətirdiyi yeni reallıqlardan söz açıb.

“Konfrans 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbənin hərbi-siyasi, diplomatik, iqtisadi və mədəni aspektlərini elmi müstəvidə araşdırmaq, Zəfərin yaratdığı yeni reallıqları və regionda sülhün bərqərar olunmasında rolunu müzakirə etmək məqsədli təşkil olunub”, - deyə qeyd edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Arzu Abdullayev, Millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, AMEA Naxçıvan bölməsinin sədri İsmayıl Hacıyev, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vüqar Rəhimzadə də çıxış edib, 8 Noyabr - Zəfər Gününün tarixi-siyasi önəmindən danışıb, regiona gətirdiyi yeni perspektivlərə diqqət çəkiblər. Natiqlər dövlətimizin heç vaxt torpaqlarımızın işğal faktı ilə barışmadığını diqqətə çatdırıb, tarixi zəfərə aparan yolda dövlət başçısının qətiyyəti və əzmkarlığından, xalqımızın birliyindən bəhs edib, bu gün də ən ali kürsülərdə öz mövqeyinə və prinsiplərinə sadiqliyini əyani şəkildə nümayiş etdirdiyini ifadə ediblər. Eləcə də konfransda səslənən fikirlərin ümumilikdə vətəndaşın cəmiyyət və dövlət qarşısında məsuliyyətini daha aydın təsvirini əks etdirdiyini, şəhidlərimizin və qazilərimizin qəhrəmanlığının daim yaşadılmalı olduğunu, hər bir azərbaycanlı gəncinin dövlətçiliyə sadiq, vətənpərvər, milli kimliyinə bağlı, sağlam ideologiyaya malik olması gərəkdiyini vurğuladığını bildiriblər.

Konfransın rəsmi hissəsi başa çatdıqdan sonra Naxçıvan Dövlət Universitetinin Simfonik orkestrinin ifasında konsret proqramı  təqdim olunub.

Sonra konfrans öz işini  “Zəfər tarixi və hərbi siyasi irs”, “Tarixi zəfərdən sonra: iqtisadiyyat və yenidənqurma”, “Tarixi zəfərimz mediada”, “Müharibə və sülh proseslərində beynəlxalq hüququn tətbiqi” mövzularında panel müzakirələrlə davam etdirib.












Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 Noyabr 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see297

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see292

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see283

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see270

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see263

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see259

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see245

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see234

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see228

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see220

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see209

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see204

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see182

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri