Icma.az
close
up
RU
Ağstafada Zəfər yürüşü keçirildi Fotolar

Ağstafada Zəfər yürüşü keçirildi Fotolar

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

8 Noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, “Keşikçidağ” Dövlət Tarix-mədəniyyət qoruğu ilə birgə Ceyrançöl düzənliyində Zəfər yürüşü keçirilib.

“Qafqazinfo” xəbər verir ki, yürüşdə RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, gənc könüllülər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə ərazinin torpaq-iqlim şəraitinə uyğun olaraq Vətən uğrunda canını fəda edən qəhrəman şəhidlərimizin əziz xatirəsinə həsr olunan aksiya çərçivəsində ağaclar əkilib, əkilən tinglərə aqrotexniki qaydada qulluq göstərilib.

Sonra qədim adət-ənənələrimizi ehtiva edən at yarışları və oyunlarından nümünələr nümayiş etdirilib.

“Keşikçidağ” və “Avey” Dövlət Tarix-mədəniyyət qoruqları, Ağstafa Dövlət Rəsm Qalereyası və “Ağstafa Gənclər Evi” sosial xidmət müəssisəsinə məxsus sərgi çadırlarının ziyarəti, həmçinin kiçik yaşlı karateçi, cüdoçu və güləşçilərin nümunəvi idman çıxışları da böyük rəğbətlə qarşılanıb.

RİH başçısı qeyd edib ki, Azərbaycan Ordusunun Zəfər yürüşünün bünövrəsi xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyevin 32 il öncə 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışı zamanı qoyulub. Ulu Öndərin siyasi varisi, Onun dövlətçilik prinsiplərinin təməlini günbəgün möhkəmləndirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz suverenliyini tam bərpa edib, xalqımız əbədi olaraq tarixi Zəfərinə qovuşub.

“Keşikçidağ” Dövlət Tarix-mədəniyyət qoruğunun müdiri Musa Mursaquliyev, şəhid anası Əminə Babayeva, mədəniyyət işçisi Oruc Mansırov da çıxışlarında Zəfər Gününün tarixi əhəmiyyətindən söz açıblar.

Qeyd olunub ki, xalq-iqtidar birliyi, milli həmrəylik və dövlətə sədaqət amilləri Azərbaycanın müstəqilliyini və suverenliyini əbədi etdi.
Bayram tədbiri mədəniyyət və incəsənət nümayəndələrinin təqdimatında geniş konsert proqramı ilə davam etdirilib.











Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 Noyabr 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see301

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see290

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see287

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see257

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see243

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see240

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see234

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see230

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see222

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see220

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see213

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see212

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see209

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see208

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see203

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see202

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see201

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see198

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see195

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri