Icma.az
close
up
RU
NDU nun 11 tələbəsi beynəlxalq təqaüd proqramının qalibi olub

NDU nun 11 tələbəsi beynəlxalq təqaüd proqramının qalibi olub

Icma.az bildirir, Azertag portalına istinadən.

Naxçıvan, 22 avqust, AZƏRTAC

Naxçıvan Dövlət Universitetinin tələbələri beynəlxalq təqaüd proqramında iştirak hüququ qazanıblar.

NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, universitetin 10 tələbəsi Hacettepe Universitetinə, 1 tələbəsi isə İstanbul Universiteti - Cerrahpaşaya beynəlxalq təqaüd proqramına qəbul olub.

Seçim prosesi zamanı tələbələrin akademik göstəriciləri əsas meyar kimi nəzərə alınıb. Eyni zamanda, universitet tərəfindən tələbələrə müvafiq hazırlıq prosesində lazımi dəstək göstərilib. Nəticədə cari il ərzində baş tutan müraciət və yekun mərhələ əsasında qalib olan tələbələr təqaüd proqramı çərçivəsində 2025-2026-cı ilin ilk semestri ərzində Türkiyənin nüfuzlu ali təhsil müəssisələrində təhsil alacaqlar. Bu müddət onlara yeni bilik və bacarıqlar əldə etmək, beynəlxalq akademik mühitdə təcrübə toplamaq, eləcə də fərqli mədəniyyətlərlə tanış olmaq imkanı verəcək.

Qeyd edək ki, Türkiyə uzun illərdir dünyanın müxtəlif ölkələrindən gələn tələbə və tədqiqatçılara təqaüd imkanları təqdim edir. 2012-ci ildən “Türkiyə Bursları” adı ilə tanınan proqram Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin koordinatorluğu ilə həyata keçirilir. Proqram Türkiyə Bursları, Ali Təhsil Şurası, Kredit və Yataqxanalar Ümumi Müdirliyi, Miqrasiya İdarəsi Müdirliyi və Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində icra olunur. Naxçıvan Dövlət Universiteti də hər zaman beynəlxalq mübadilə strategiyası çərçivəsində tələbələrin xarici ali məktəblərdə təhsil imkanlarını artırmaq, qlobal akademik əməkdaşlığı genişləndirmək və tələbələrin beynəlxalq təcrübə qazanmasına şərait yaratmaq istiqamətində fəaliyyətini davam etdirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Avqust 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri