BDU nun 14 tələbəsi “Əlaçı” təqaüd proqramının qalibi olub
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 14 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) 14 tələbəsi “PAŞA Holding” tərəfindən 2026–2027-ci tədris ili üçün təşkil olunan “Əlaçı” təqaüd proqramının qalibi seçilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, qaliblər arasında hüquqşünaslıq, informasiya təhlükəsizliyi və beynəlxalq münasibətlər ixtisasları üzrə təhsil alan tələbələr var.
Qaliblər Selcan İsmayılzadə, Sevinc Hüseynzadə, Zəhra Babayeva, İlahə Murad, Aygün Qədimova, Nəzrin Şirinova, Vüqarə Mustafayeva, Aylin Kərimli, Sənubər Talıbova, Jalə Mirzəyeva, Murad İmanlı, Məhəmməd Qasımov, Selcan Almuradova və Zarina Canmirzəyevadır.
Qeyd olunub ki, 2022-ci ildən həyata keçirilən “Əlaçı” təqaüd proqramı II-IV kurs bakalavriat tələbələrini əhatə edir və aylıq təqaüd verilməsini nəzərdə tutur.
Proqramın beş ili ərzində iştirakçıların ümumi sayı 500-ü ötüb. Bu il proqrama 3000-dən çox tələbə müraciət edib, onlardan 100-ü qalib seçilib. Proqram çərçivəsində qaliblər üçün üçaylıq şəxsi inkişaf marafonu, onlayn təlimlər, fərdi mentor dəstəyi və karyera simulyasiyası təşkil olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 14 Oktyabr 2026 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















