Icma.az
close
up
RU
NDU nun Beynəlxalq Məktəbində alman dilinin tədrisinə dair təlim keçirilib

NDU nun Beynəlxalq Məktəbində alman dilinin tədrisinə dair təlim keçirilib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Naxçıvan, 18 oktyabr, AZƏRTAC

Oktyabrın 18-də Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbində alman dilinin tədrisinə dair təlim təşkil edilib.

Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, təlim Höte (Geothe) İnstitutu, Alman Dili Tədris Mərkəzi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə baş tutub. Təlimə başlamazdan əvvəl Naxçıvan Dövlət Universitetinin strateji məsələlər üzrə rektor müşaviri Rəcəb Cəfərli çıxış edərək bildirib ki, ali təhsil ocağının strateji fəaliyyətində xarici dillərin tədrisi və keyfiyyətinin artırılması xüsusilə diqqətdə saxlanılır. Bu qəbildən olan fəaliyyətlərin davamı olan bugünkü təlim də alman dili müəllimləri, iştirakçı olan şagird və tələbələr üçün yeni bilgilər öyrənmək baxımından səmərəli platforma rolunu oynayır.

Alman Dili Tədris Mərkəzinin direktoru Zəhra Alıyeva Naxçıvan Dövlət Universitetinin dəstəyi ilə keçirilən təlimdə çıxış etməkdən məmnun olduğunu söyləyib. Zəhra Alıyeva təlim iştirakçılarına müasir dövrdə alman dilinin perspektivlərindən və bu dil bilgisinə olan tələbat sferasından söz açıb. O, alman dili öyrənməyin təhsil və karyera sahəsində yeni qapılar açdığını qeyd edib və bu dilin də digər xarici dillər kimi öz tədris metodikası olduğunu bildirib.

Höte (Geothe) İnstitunun təhsil layihələri üzrə koordinatoru Luka Sepaşvili isə çıxışında keçirilən təlimdə alman dilinə marağın yüksək olduğunu görməyin onda heyranlıq yaratdığını deyib.

Gün ərzində davam edən altı təlim sessiyasında Naxçıvan Dövlət Universitetində alman dilini tədris edən müəllimlər, “Alman dili” ixtisasında təhsil alan tələbələr və muxtar respublikada alman dilini tədris edən orta məktəb müəllimləri iştirak ediblər. Həmçinin təlimdə muxtar respublikadakı orta məktəblərin, NDU nəzdində İngilis dili təmayüllü Gimnaziya və Beynəlxalq Məktəbdə təhsil alan 7-14 yaşlı şagirdlərin də iştirakı təşkil olunub.

İnteraktiv təlimlər Alman Dili Tədris Mərkəzinin təlimçiləri və Höte (Geothe) İnstitutunun əməkdaşları tərəfindən təşkil edilib. Təlimlərlə yanaşı, Almaniyada təhsil imkanları və təqaüd proqramları haqqında infosessiya da keçirilib.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Oktyabr 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri