Icma.az
close
up
RU
® NDU nun Beynəlxalq Məktəbində yeni tədris ilinin ilk zəngi çalınıb

® NDU nun Beynəlxalq Məktəbində yeni tədris ilinin ilk zəngi çalınıb

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Naxçıvan, 15 sentyabr, AZƏRTAC

15 Sentyabr – Bilik Günü və 2026–2027-ci tədris ilinin başlanması münasibətilə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbində tədbir keçirilib.

NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirdə universitetin rektoru Elbrus İsayev şagirdləri, müəllimləri və valideynləri Bilik Günü, o cümlədən yeni tədris ilinin başlanması münasibətilə təbrik edib. Rektor bildirib ki, universitetin nəzdində fəaliyyət göstərən Beynəlxalq Kembric Məktəbi və Gimnaziyada müasir təhsil yanaşmalarının tətbiqi, keyfiyyətli tədris mühitinin formalaşdırılması və şagirdlərin gələcəyin çağırışlarına uyğun hazırlanması əsas prioritetlərdəndir.

Elbrus İsayev qeyd edib ki, hər iki təhsil müəssisəsində şagirdlərin akademik bilikləri ilə yanaşı, müstəqil düşünmə, araşdırma, yaradıcılıq, ünsiyyət və liderlik bacarıqlarının inkişafına xüsusi diqqət yetirilir. Məktəbdə yaradılmış müasir və innovativ təhsil mühitinin şagirdlərin potensialının üzə çıxarılması və onların hərtərəfli inkişafı üçün geniş imkanlar yaratdığını vurğulayan rektor kollektivə yeni tədris ilində uğurlar, şagirdlərə isə yüksək nailiyyətlər arzulayıb.

Tədbirdə NDU nəzdində Gimnaziyanın 2025–2026-cı tədris ilində əldə etdiyi yüksək nəticələr diqqətə çatdırılıb. Bildirilib ki, Gimnaziyanın 54 məzununun hamısı ali təhsil müəssisələrinə qəbul olunaraq 100 faizlik nəticəyə imza atıb. Məzunlardan 16 nəfər 600-dən, 31 nəfər isə 500-dən yuxarı bal toplayıb. 30 məzun fərqlənmə attestatına, 2 məzun isə qızıl nişana layiq görülüb. 2026–2027-ci tədris ili üçün VI sinfə keçirilən qəbul imtahanında 526 namizəd iştirak edib. Yüksək rəqabət şəraitində keçirilən imtahanın nəticələrinə əsasən 60 şagird Gimnaziyada təhsil almaq hüququ qazanıb.

NDU nəzdində Beynəlxalq Kembric Məktəbində də yeni tədris ili əhəmiyyətli qəbul göstəriciləri ilə başlayıb. 2026–2027-ci tədris ili üzrə məktəbin I sinfinə 21 şagird qəbul olunub. VI sinfə qəbul imtahanında iştirak edən 90 namizəddən 41-i uğurlu nəticə göstərərək, Beynəlxalq Kembric Məktəbində təhsil almaq hüququ qazanıb.

Tədbirdə Gimnaziyaya qəbul imtahanında ən yüksək nəticə göstərən Ziyafət Zamanlı və Beynəlxalq Kembric Məktəbi üzrə yüksək nəticə göstərən Firuzə Hüseynəliyeva şagirdlər adından çıxış edərək, yeni tədris ili ilə bağlı təəssüratlarını və arzularını bölüşüblər.

Sonda yeni tədris ilinin ilk zəngi çalınıb. Bununla da NDU-nun Beynəlxalq Məktəbində 2026–2027-ci tədris ilinə rəsmi start verilib.

Müxbir- Nail Əsgərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Sentyabr 2026 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri