Icma.az
close
up
RU
NDU və “Azərişıq” ASC arasında əməkdaşlıq müqaviləsi imzalanıb

NDU və “Azərişıq” ASC arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Naxçıvan Dövlət Universiteti və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti arasında görüş olub. Görüşdə NDU-nun rektoru Elbrus İsayev, “Azərişıq” ASC-nin sədrinin müşaviri Xalid Təhməzov, həmin müəssisənin Tədris və İnnovasiyalar Mərkəzinin direktor müavini Çingiz İbadov, “Azərişıq” ASC-nin Naxçıvan RETSİ-nin rəisi Nemət Qasımov, eləcə də universitetin rəhbər heyəti iştirak ediblər.

Görüş çərçivəsində NDU və “Azərişıq” ASC arasında  əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə NDU tələbələri üçün “Azərişıq” ASC-də istehsalat təcrübələrinin təşkili, elektronenergetika üzrə ixtisaslar üçün birgə kurs və təlim proqramlarının keçirilməsi, müştərək elmi-texniki layihələrin həyata keçirilməsi, professor-müəllim heyətinin “Azərişıq” ASC-nin müəssisələrində tədqiqat imkanlarından yararlanması nəzərdə tutulub. 

Elbrus İsayev əməkdaşlıq müqaviləsini əhəmiyyətli və uğurlu ortaq fəaliyyətin başlanğıcı kimi qiymətləndirib. Rektor universitetin ümumi fəaliyyəti, beynəlxalq əməkdaşlıq, eləcə də əcnəbi professorların tədrisə cəlbindən bəhs edib. Həmçinin sənaye ilə ali təhsil müəssisəsi arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək, innovativ layihələrin həyata keçiriləcəyi NDU-nun Texnologiyalar Parkı haqqında danışıb. Rektor energetika sahəsində beynəlxalq elmi konfransların keçirildiyini, bu istiqamətdə elmi-tədqiqat fəaliyyətlərinin davam etdirildiyini vurğulayıb. Elektroenergetika mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrin müxtəlif ölkələrdə istehsalat təcrübələrində iştirakına diqqət çəkilib. 

Vurğulanıb ki, ötən il tələbələr Türkiyə Respublikasının Qaradəniz Texniki Universitetində, daha əvvəlki illərdə isə Almaniya və İtaliyada təşkil olunan təcrübə proqramlarında olublar.

“Azərişıq” ASC-nin sədrinin müşaviri Xalid Təhməzov, Tədris və İnnovasiyalar Mərkəzinin direktor müavini Çingiz İbadov və ASC-nin Naxçıvan RETSİ-nin rəisi Nemət Qasımov çıxışlarında energetika sahəsində inkişaf meyilləri, ATİM-in fəaliyyət istiqamətləri, tətbiq olunan innovativ texnologiyalar və mərkəzin təcrübəyə əsaslanan praktiki üstünlükləri barədə məlumat veriblər. 

Qeyd olunub ki, əməkdaşlıq çərçivəsində Naxçıvan Dövlət Universitetinin tələbələri ATİM-də təşkil olunan istehsalat təcrübələrində iştirak edəcək, praktiki bacarıqlar əldə etməklə yanaşı, müvafiq ixtisas üzrə biliklərini daha da dərinləşdirmək imkanı qazanacaqlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 İyul 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri