Icma.az
close
up
RU
Naxçıvanın Təhsil Nazirliyi ilə NDU arasında Əməkdaşlıq Memorandumu imzalanıb FOTOLAR

Naxçıvanın Təhsil Nazirliyi ilə NDU arasında Əməkdaşlıq Memorandumu imzalanıb FOTOLAR

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Naxçıvan Dövlət Universiteti və muxtar respublikanın Təhsil Nazirliyi arasında əməkdaşlıq görüşü keçirilib. Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya bildirilib ki, görüşdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov, universitet və nazirliyin rəhbər heyətləri, muxtar respublikada fəaliyyət göstərən 50 orta məktəbin direktorları, təhsil şöbələrinin müdirləri iştirak ediblər.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Təhsil Nazirliyi ilə əməkdaşlıq görüşünü yüksək qiymətləndirərək, ikitərəfli əlaqələrin təhsil mühitinin inkişafına yönəldiyini bildirib. Rektor universitetin ümumi fəaliyyətindən, kampusundan, tədris olunan ixtisaslardan söz açıb, ölkədə yeganə kampuslu universitet olaraq NDU-nun 10 fakültə, 45 kafedra, 3 kollec, 1 Kembric Məktəbi və 1 İngilis dili Təmayüllü Gimnaziya ilə fəaliyyət göstərdiyini qeyd edib. NDU-da hazırda 250 ixtisas tərkibində Azərbaycan dili ilə yanaşı, ingilisdilli ixtisasların tədris olunduğunu, dünyanın 150-yə yaxın univesiteti ilə birbaşa əlaqələrin mövcudluğunu və əcnəbi tələbə sayına görə ölkədə lider ali təhsil müəssisəsi olduğunu vurğulayıb.

Tədrisin ölkə təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılmasının əhəmiyyətinə toxunan rektor, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yeni təhsil proqramlarının hazırlanması istiqamətində atılan addımlardan bəhs edib. Bu yöndə ali təhsil səviyyəsində optimallaşdırma prosesləri həyata keçirildiyini, pedaqoji ixtisaslara yeni yanaşmaların tətbiqinin kadr hazırlığının keyfiyyətinə müsbət təsirini nəzərə çatdırıb. Rektor, həmçinin qəbul imtahanlarında yüksək bal toplayaraq NDU-da pedaqoji ixtisasları seçən abituriyentlərin sayının universitetdə qəbulun keyfiyyətinin yüksəlməsinə təsirindən bəhs edib. Həmçinin hazırda davam edən pedaqoji təcrübənin əhəmiyyətini vurğulayaraq, tələbələrin müfəssəl biliklər qazanmasını və onların müəllimlərin işə qəbul qaydaları barədə məlumatlandırılmasını təklif edib.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılan NDU bu gün muxtar respublikada bütün təşkilatlar üçün kadr hazırlığında əsas bazadır. Təhsil Nazirliyi ilə universitet arasında qarşılıqlı əməkdaşlıq var. Təqdirəlayiqdir ki, bu tərəfdaşlıq Əməkdaşlıq Memorandumu ilə rəsmiləşəcək. Nazir vurğulayıb ki, bu görüş Naxçıvanın sosial-iqtisadi inkişafına dair Təfsilatlı Tədbirlər Planından irəli gələn məsələlərin icrası istiqamətində əməkdaşlığı daha da sıxlaşdırmaq və inkişaf etdirmək mahiyyəti daşıyır. Həm də müəllimlərin peşəkar inkişafına dəstək göstərilməsi, eləcə də nümunəvi təhsil mühitinin yaradılması məqsədinə hədəflənib.

Vurğulanıb ki, bu istiqamətdə NDU-nun maddi texniki bazalarından qarşılıqlı istifadə, birgə işçi qruplarının və müvafiq müsahibə komissiyalarının yaradılması, “açıq qaqı” günlərinin keçirilməsi, nümunəvi dərslərin təşkili, maarifləndirici görüşlərin olması nəzərdə tutulan əməkdaşlıq sahələridir. Eyni zamanda, muxtar respublika ümumtəhsil məktəblərində infosessiyaların keçirilməsi, müxtəlif olimpiadaların birgə təşkili, istedadlı şagirdlərin elmi-tədqiqat işlərinə cəlbi, NDU-nun elmi kitabxanası ilə tanışlıq və təcrübə mübadiləsi, sonuncu kurs tələbələri ilə görüşlərin təşkili, tələbə könüllülərinin dəstəyinin təmin edilməsi də bu yöndə planlaşdırılan tədbirlərdəndir.

Sonra Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə Naxçıvan Dövlət Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Tədbirdə NDU-nun strateji məsələlər üzrə rektor müşaviri Rəcəb Cəfərli ali təhsil ocağının strateji inkişafı üzrə fəaliyyətə dair təqdimatla çıxış edib.

Sonda ümumtəhsil məktəblərinin direktorları ali təhsil ocağında yaradılan tədris şəraiti ilə tanış olublar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 Mart 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see282

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see270

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see246

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see243

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see166

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see160

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see153

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see144

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see138

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see136

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see136

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see132

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see130

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see127

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see126

Neymar və het trik

04 Dekabr 2025 09:17see125

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see125

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see124

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri