Nə bilərdim ki, sonuncu şəklimiz olacaq... Hacı İsmayılov
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
"İncənət üçün, ailəsi üçün çox ağır itkidir. Hər şeydən əvvəl bizim Tahirlə, Cabirlə qohumluq əlaqələrimiz var".
Bu sözləri Ölkə.Az-a açıqlamasında Xalq artisti Hacı İsmayılov mərhum Əməkdar artist Cabir İmanov barədə danışarkən deyib.
"Biz həmişə həm dost, həm sənətkar, həm də qohum kimi görüşürdük. Sonuncu görüşümüz burada - Mədəniyyət Mərkəzinin tinində olub. Mən nazirlikdən yığınacaqdan gəlirdim. Tini keçən kimi Cabirlə qarşılaşdıq, qucaqlaşdıq. Mehriban, səmimi söhbət etdik. Birdən özü qayıtdı ki, səninlə mənim heç şəklimiz yoxdur, gəl, şəkil çəkdirək. Dedi ki, arxayın ol, sən evə çatana qədər bu fotonu sənə göndərəcəyəm. Nə bilərdim ki, sonuncu şəklimiz olacaq. Allah rəhmət eləsin", -deyə o əlavə edib.
Billurə Yunus
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 30 Sentyabr 2025 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















