Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Aleksandr Şarovski ömrünü Azərbaycan mədəniyyətinin və teatr sənətinin inkişafına həsr etmiş görkəmli sənətkar idi.
Kult.az xəbər verir ki, bu sözləri jurnalistlərə xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Hacı İsmayılov xalq artisti Aleksandr Şarovskinin vəfatından danışarkən deyib.
O, Aleksandr Şarovski ilə ilk dəfə 1980-ci ildə “Ani dönüş” filminin çəkilişləri zamanı tanış olduğunu bildirib.
“Şarovski həmin ikiseriyalı filmdə Feliks obrazını canlandırırdı. Elə o vaxtdan dostluğumuz başladı. O, Azərbaycan Televiziyasında uğurla nümayiş etdirilən tamaşalardan birində də çox maraqlı obraz yaratmışdı. Həmin ekran əsərində Rus Dram Teatrının bir çox aktyoru iştirak etsə də, Şarovskinin özünəməxsus yeri vardı”, – deyə xalq artisti vurğulayıb.
Hacı İsmayılov qeyd edib ki, Aleksandr Şarovski bütün fəaliyyəti boyunca xalqlar arasında dostluğun möhkəmləndirilməsinə böyük töhfə verib. Onun “Dostluq” ordeninə layiq görülməsi də təsadüfi deyildi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 09 Sentyabr 2026 20:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















