Icma.az
close
up
RU
“Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib

“Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Aprelin 2-də “Təhsil oyunları platforması” layihəsi çərçivəsində şagirdlər arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib.

SİA xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, iki mərhələdən ibarət çempionatın ilkin seçim turu onlayn formatda keçirilib.

Final mərhələsində Bakı, Sumqayıt, Ucar, Quba, Lənkəran, Astara, Saatlı, İsmayıllı, Goranboy, Şəki, Şirvan, Gəncə, Balakən, Ağdam, Cəbrayıl məktəblilərindən ibarət 39 komanda iştirak edib.

Finalçılara 3 tur olmaqla ümumilikdə 36 sual təqdim edilib. Final oyunun nəticələrinə əsasən, VI-IX sinif şagirdləri arasından Saatlı rayonu Əlisoltanlı kənd tam orta məktəbinin “Birlik” komandası I, Quba rayonu Alekseyevka kənd tam orta məktəbinin “Second RT team” komandası II, Bakı şəhəri Humanitar fənlər təmayüllü məktəb-liseyinin “Golden Humanitar” komandası isə III yerə layiq görülüb.

X-XI sinif şagirdləri arasında keçirilən yarışda isə Bakı şəhəri 287 nömrəli “Zəkalar” liseyinin “Zəkalar Sr” komandası I, Şirvan şəhəri 1 nömrəli tam orta məktəbi “Moonlight” komandası II, Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyasının “Dahilər” komandası III yerə layiq görülüb.

Qalib komandalar kubok, medal, diplom və hədiyyələrlə təltif ediliblər.

Qeyd edək ki, “Təhsil oyunları platforması” layihəsi 2020-ci ildən Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və Kapital Bankın dəstəyi ilə “Nə? Harada? Nə zaman?” oyunu keçirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 Aprel 2025 20:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri