Icma.az
close
up
RU
Layihəsi çərçivəsində Nə? Harada? Nə zaman? oyunu üzrə final turniri keçirilib FOTOLAR

Layihəsi çərçivəsində Nə? Harada? Nə zaman? oyunu üzrə final turniri keçirilib FOTOLAR

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Şəhidlərin qəhrəmanlıqlarının təbliği” layihəsi çərçivəsində Nə? Harada? Nə zaman? oyunu üzrə final turniri keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən “Konstitusiya və Suverenlik ili” çərivəsində icra olunan “Şəhidlərin qəhrəmanlıqlarının təbliği” layihəsinin final mərhələsi Quba rayonunun Birinci Nügədi kəndində təşkil olunub.

Tədbirin açılış mərasimində çıxış edən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov layihənin icra edilməsində əsas məqsədin Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıqlarının, Qarabağda formalaşmış görkəmli tarixi şəxsiyyətlərinin fəaliyyətinin, eyni zamanda Qarabağ tarixinin, ədəbiyyatının, incəsənətinin, musiqisinin, Qarabağda aparılan abadlıq-quruculuq işlərinin intellektual oyunlar vasitəsilə  yeniyetmə və gənclər arasında təbliğ edilməsi olduğunu bildirib.

Rəsmi hissədə çıxış edən şəhid ailəsinin üzvləri - “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunan Vətən müharibəsi şəhidi Ürfan Məmmədovun bacısı Maisə Salahova, “Fizulinin azad olunmasına görə” medalı və “3-cü dərəcəli  “Vətənə xidmət ordeni” ilə təltif olunmuş, 2023-cü ilin sentyabr ayında baş verən antiterror əməliyyatları zamanı şəhidlik zirvəsinə ucalan Emral Həsənovun qardaşı Rəcəb Həsənov, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş Vətən müharibəsi iştirakçısı Ağadadaş Dadaşov belə tədbirlərin yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin yüksəldilməsində böyük əhəmiyyət daşıdığını qeyd edərək bu qəbildən olan layihələrin davamlı icra edilməsinin vacib olduğunu vurğulayıblar. 

Quba rayonu Birinci Nügədi kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin akt zalında keçirilən tədbirdə seçim turlarının qalib və mükafatçıları olan 18 komanda - Quba rayonunun Kələnov kəndini təmsil edən “İstiqlal”, Aspərəsti kəndinin “Zirvə”, İsnov kəndinin “Uğur”, Çiçi kəndinin “Mübarizlər”, Talabıqışlaq kəndinin “Dəmir yumruq”, Mirzəqişlaq kəndinin “Turan”, İkinci Nügədi kəndinin “İnvektus”, Səbətlər kəndinin “Assansins Creed”, Amsar kəndinin “Amsar”, Üçgün kəndinin “Odlar Yurdu”, Dağlı kəndinin “Ekipaj”, Alpan kəndinin “Zirvə”, Aşağı Xuc kəndinin “Mübarizlər”, Əlibəyqışlaq kəndinin “Zəfər”, Susayqışlaq kəndinin “Turan”, Yenikənd kəndinin “Everest”, Aşağı Tüləkəran kəndinin “Zəfər” və Möhüc kəndinin “Qarabağ” komandaları mübarizə aparıb.

36 sualdan ibarət sistem üzrə keçirilən turnirdə qalib adını İkinci Nügədi kəndini təmsil edən “İnvektus” komandası qazanıb. Aşağı Xuc kəndini təmsil edən “Mübarizlər” və Səbətlər kəndini təmsil edən “Assansins Creed” komandaları yarışda müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Qalib və mükafatçılar müvafiq olaraq kubok, medal, diplom və bədii ədəbiyyat nümunəli kitablarla təltif edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən “Konstitusiya və Suverenlik ili”nə həsr olunan “Şəhidlərin qəhrəmanlıqlarının təbliği” adlı layihə çərçivəsində bü günədək keçirilən tədbirlərdə ümumilikdə Quba rayonunun 44 kənd və qəsəbəsində yaşayan və təhsil alan 334 nəfər yeniyetmə və gənc iştirak edib.

"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 İyun 2025 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see387

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see296

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see243

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see199

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see198

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see182

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see182

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see177

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see163

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see163

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see159

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see158

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see155

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see146

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see145

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri