Nə qarabaşaq, nə düyü və nə də makaron: Elm adamları ən sağlam yeməyi AÇIQLADI
Icma.az bildirir, News24 saytına əsaslanaraq.
İllinoys Texnologiya İnstitutunun alimləri tərəfindən aparılan yeni tədqiqat uzun illər müxtəlif mədəniyyətlərdə sağlamlıq simvolu sayılan paxlalıların – xüsusilə noxud və qara lobyanın faydalarını elmi cəhətdən sübut edib.
News24.az xəbər verir ki, araşdırmada 72 prediyabetli könüllü iştirak edib və gündə 200 qram noxud qəbul edən iştirakçılarda xolesterol səviyyəsində əhəmiyyətli azalma, qara lobya qəbul edənlərdə isə xroniki iltihab göstəricilərində – xüsusilə interleykin-6 hormonunda ciddi geriləmə müşahidə olunub.
Alimlər vurğulayırlar ki, paxlalılar təkcə ürək və damar sağlamlığı üçün deyil, həm də sümük möhkəmliyi, beyin fəaliyyəti və hormonal balans üçün faydalıdır. Onların tərkibindəki izoflavonlar hormonlara bağlı xərçəng növlərinə qarşı da qoruyucu təsir göstərir.
Gündə 200 qramlıq porsiya ən təsirli nəticəni verir. Bu miqdarı pəhrizə, şorba, salat, yan yemək və hətta desertlər vasitəsilə daxil etmək mümkündür. Lakin həssas həzm sisteminə malik şəxslərin ehtiyatlı olması və bu qidaları həkim məsləhəti ilə qəbul etməsi tövsiyə olunur.
Aqil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 09 İyul 2025 21:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















