Icma.az
close
up
RU
“Nə qədər ki, yeni imtahan modelinə keçilməyəcək,

“Nə qədər ki, yeni imtahan modelinə keçilməyəcək,

Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mövzu ilə bağlı AzVision.az-a danışan təhsil eksperti Nadir İsrafilov bildirib ki, hər ölkənin öz inkişaf mərhələsi və bu mərhələnin də keçid konsepsiyası var:
"Elə ölkə var ki, orta məktəblərin buraxılış və ali məktəblərə qəbul imtahanlarını birləşdirməklə vahid imtahan keçirmək yolunu seçib. Digər bir ölkədə ali məktəblərə qəbul olmaq üçün orta məktəb attestatı kifayət edir. Bir başqa ölkədə isə orta məktəblərin məzunları bir imtahan verərək, həm ali məktəbə daxil olur, həm də orta məktəbi bitirmiş olurlar. Yəni iki imtahanın birləşməsi ilə onların biliyi qiymətləndirilir və istədikləri yerə sənəd verirlər. Bu mənada, məsələyə hərə bir yanaşma ortaya qoyur və bunu dünya təcrübəsi ilə əsaslandırmağa çalışır.

Bununla belə Dövlət İmtahan Mərkəzinin də öz arqumentləri var. Kimlərsə hesab edir ki, məktəb hələ başa çatmayıb, lakin imtahan verilir, imtahan verilibsə, oxumağa nə ehtiyac var, şagirdlər arxayın olurlar. DİM dəfələrlə rəsmi şəkildə elan edib ki, tədris ili iyunda bitir, amma imtahan martda verilsə də, imtahan suallarına keçilməyən materiallar salınmır. Bu məsələnin birinci tərəfidir. İkincisi isə, mart ayında imtahan vermək attestat almaq demək deyil. Attestat onsuz da sonda verilir. Əvvəl 11 il oxuyurdun, sonda imtahan verirdin və 11 illik fəaliyyət nəzərə alınmırdı. Qəbul imtahanında nə cavab verdin, ona əsasən müvafiq qiymət alırdın. İndi vəziyyət dəyişib, həm məktəbin 11 illik fəaliyyəti, həm də qəbul imtahanının nəticələri əsas götürülür.”
Ekspert onu da qeyd edib ki, hazırda dünyanın bir sıra ölkələrində attestatla qəbul həyata keçirilir:
"Ümumiyyətlə, imtahansız qəbulun təşkilindən də söhbət gedir. Bu gün imtahanları ləğv edə bilmərik. Çünki biz buna hazır deyilik. Tədricən təkpilləli vahid imtahana keçə bilərik. Buraxılış imtahanları ilə ali məktəbə qəbul imtahanlarını birləşdirib bir imtahan yolu ilə abituriyentlərin ali məktəbə qəbul məsələsini həll edə bilərik.
İstənilən halda qəbul qaydalarını sadələşdirməliyik. Bir çox ölkələrdə olduğu kimi, buraxılış və qəbul imtahanlarını birləşdirmək yolu ilə təkpilləli vahid imtahan modelinə keçməliyik. Bu imtahanların birləşdirilməsi və sadələşdirilməsi barədə hətta Milli Məclis səviyyəsində məsələ qaldırılıb, müzakirələr aparılıb. Təkpilləli vahid imtahan modelinə keçilməsi məzunlarımızın fiziki və psixoloji yükünü, gərginliyini xeyli azaltmasına kömək olacaq".
Həmidə İbrahimova
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://azvision.az
archiveBu xəbər 19 Yanvar 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see380

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see374

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see355

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see348

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see329

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see328

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see304

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see276

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see261

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see254

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see239

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see235

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see229

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see220

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see213

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see210

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see189

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see188

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri