Nə qədər valideyn, nə qədər dost?
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
Valideynləri ən çox düşündürən məsələlərdən biri də uşaqlarına qarşı necə münasibət göstərmələridir. Çünki bir qayda olaraq bəzi valideynlər ənənəvi valideynlik münasibətlərinə, bəzi valideynlər isə ənənəvi dostluq münasibətlərinə üstünlük verirlər. Halbuki buna qərar vermək üçün hər şeydən əvvəl uşağın hansı yaş qrupuna aid olduğunu nəzərə almaq lazımdır. Bu baxımdan, uşaq üçün üç əsas yaş dövrü var: 0-6 yaşları əhatə edən məktəbəqədər dövr, 7-15 yaşları əhatə edən məktəb dövrü, 15 yaş və yuxarı yaşları əhatə edən yeniyetməlik dövrü...
Bu üç yaş qrupu bir-birindən fərqli olduğu kimi, valideynlərin bu yaş qruplarında olan uşaqlara qarşı münasibətləri də bir-birindən fərqli olmalıdır. Çünki uşağın özünə xas olan fərdi öyrənmə modelləri mövcud olduğu kimi, öz yaş qrupuna xas olan ümumi öyrənmə modelləri də mövcuddur. Ona görə də, yaş qrupundan asılı olaraq uşağa təkcə nəyi aşılamaq yox, necə aşılamaq da çox vacibdir.
Öyrənmə modellərinə gəlincə, 0-6 yaşları əhatə edən uşaqlar daha çox yaxın təmasla öyrənirlər. Ona görə də, bu yaş qrupunda olan uşaqlarla top və ya gizlən-qaç oynaya, ya da güləşə bilərsiniz. Əlbəttə ki, bu oyunlarla onlara lazım olan keyfiyyətləri aşılamağı da unutmamalısınız.
7-15 yaşları əhatə edən uşaqlara gəlincə, onlara bir şeyi öyrətmək üçün dost olmaq lazımdır. Ancaq burada da əsas məsələ mövcud sərhədləri pozmamaqdır. Bu yaş qrupunda olan uşaqlarla keçirəcəyiniz tədbirlər uşağın maraq dairəsindən asılı olaraq dəyişə bilər. Bu yaş qrupunda olan uşaqlarla birlikdə kitab oxumaq, şahmat oynamaq, xaric dil öyrənmək və s. olar. Təbii ki, bu vaxt uşaq öz uşaq təbiətindən irəli gələn müəyyən səhvlərə də yol verə bilər. Onda, nə olursa-olsun, uşağınıza qarşı sərt reaksiya göstərməməli, əksinə ona səhvini düzəltmək üçün fürsət verməlisiniz.
Uşaqları 15 yaşından böyük olan valideynlər isə onları ayrı bir fərd kimi qəbul etməli və lazım gəldikdə onların fikirlərini öyrənməlidirlər. Məsələn, evə bir əşya alındıqda uşağınızın hansı əşyanı və nə üçün istədiyini öyrənə və onunla aranızda sağlam bir ünsiyyətin qurulmasına təkan verə bilərsiniz. Bütün yaş qruplarından olan uşaqlara aşılayacağımız ümumi keyfiyyətlər isə demək olar ki, eynidir. Məsələn, dostluq, yoldaşlıq, sevgi, mərhəmət, haqq, ədalət və s. kimi...
Aygün Vəliyeva
Bu mövzuda digər xəbərlər:1 məktəbli üçün valideyn nə qədər “tərləməlidir”?
18 Avqust 2025 16:42
İşsiz valideyn nə qədər aliment ödəməlidir? KONKRET
28 Oktyabr 2026 16:06
AZAL nə qədər xərcləyir, nə qədər qazanır?
23 İyun 2025 11:54
Nə qədər lazımdır o qədər döyüşəcəyik
30 May 2025 22:02
Nə qədər pul, o qədər uşaq?
31 Oktyabr 2025 15:01
Baxış sayı:133
Bu xəbər 21 Noyabr 2026 22:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















