Icma.az
close
up
RU
“Nə Şəfiqə Məmmədova, nə də Rasim Balayev mənimlə maraqlanmadı” Şeyx Əlbdül Mahmudov

“Nə Şəfiqə Məmmədova, nə də Rasim Balayev mənimlə maraqlanmadı” Şeyx Əlbdül Mahmudov

Icma.az bildirir, Gununsesi portalına istinadən.

“Xəstəxanada müalicəm davam edir. Mənə çox yüksək səviyyədə diqqət göstərilir. Yeganə ümidim Allaha qalır ki, sağalım. Bir neçə xəstəlik bir-birinə qarışıb”.

Gununsesi.info Teleqraf-a istinadla xəbər verir ki, Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudov səhhətindəki son vəziyyətdən danışarkən deyib.

Kinorejissor Azərbaycan Kinematoqrafçılar İttifaqından narazılığını da dilə gətirib: “Xalq artisti Rasim Balayevlə heç bir problemim yoxdur. Sadəcə, ittifaq dövründə müəyyən incikliklər olub. O vaxt ittifaqı birləşdirmək ideyası ortaya çıxmışdı. Həm Rasim Balayev, həm də Şəfiqə Məmmədova istəyirdi ki, hər ikisi ayrıca rəhbər olsun. Daha çox özləri haqqında düşünürdülər.

İttifaqda məndən yaşlı adam yoxdur. Amma indiyədək mənimlə maraqlanan olmayıb. Halbuki ittifaq kino xadimlərinə xidmət etmək üçün yaradılmış ictimai təşkilatdır. Yaşlı adamlarıq, bir zəng edib hal-əhval tutan yoxdur. İttifaqı qurub onlara vermişəm. Heç müavinləri də zəng etmirlər. Yəqin ki, Şəfiqə Məmmədovadan çəkinirlər. Halbuki ən çətin vaxtında Şəfiqə Məmmədovaya dəstək olmuşam. İndi isə heç kim zəng edib maraqlanmır. Mən ömrünü kinoya sərf etmiş bir adamam. Amma görünür, ittifaq kimlər üçünsə şəxsi obyektə çevrilib. Dövlət ittifaqa ona görə vəsait ayırır ki, kino xadimlərinə xidmət etsinlər. Etmirlərsə, canları sağ olsun! Allaha şükür, ehtiyacım yoxdur”.

Şeyx Əbdül Mahmudov heç vaxt vəzifə istəmədiyini deyib: “Mənə nazirlik, millət vəkilliyi təklif olunub, amma qəbul etməmişəm. Demişəm ki, mən kino adamıyam. Yəqin ki, vəzifəyə sənətdə tükənənlər gedir, yəni sənətdə özlərini tapa bilməyənlər. Amma doğrusu, ittifaqdan bu qədər incik qalacağımı gözləməzdim. Qarşıdan qurultay gəlir, onda hər şeyi yerbəyer edəcəyik. Hələlik kef etsinlər.

Onu qeyd edim ki, qanunla müəyyən olunmuş icra mexanizmi var. Qurultay dövlət səviyyəsində açılışla başlayır. Daha sonra sədr görülən işlər barədə hesabat verir. Əsas proses də elə bundan sonra başlayır. Verilən hesabat qurultayın bütün üzvləri tərəfindən müzakirə olunur və qiymətləndirilir. Mənim də kino sahəsindən iki namizədlərim var. Çalışacağam ki, 45–50 yaş aralığındakı şəxslər olsunlar. Hətta onlardan birinin sədr seçilməsini istəyərəm”.

Kinorejissor onu da əlavə edib ki, xəstəxana xərcləri dövlət tərəfindən qarşılanır.

Qeyd edək ki, Xalq artisti bir neçə gün öncə özəl xəstəxanalardan birinə yerləşdirilib.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 02 Fevral 2026 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see611

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see241

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see240

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see229

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see207

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see205

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see187

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see166

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see153

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri