Icma.az
close
up
RU
Şəfiqə Məmmədovanı Rasim Balayev özü seçmişdi Tənqidlərə cavab

Şəfiqə Məmmədovanı Rasim Balayev özü seçmişdi Tənqidlərə cavab

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan kino ictimaiyyətində son günlər Rasim Balayevin vəfatından sonra Azərbaycan Kinematoqrafçılar İttifaqında idarəçilik məsələləri yenidən müzakirə mövzusuna çevrilib. İttifaqda sədr vəzifəsini müvəqqəti olaraq Şəfiqə Məmmədova icra edir. Lakin onun fəaliyyəti və idarəçilik prinsipləri ilə bağlı səslənən fikirlər mövzunu aktuallaşdırıb.

Modern.az məsələ ilə bağlı ittifaqın katibi Baba Vəziroğlunun mövqeyini öyrənib.

Baba Vəziroğlu bildirib ki, mövcud vəziyyət normal idarəetmə qaydalarına uyğundur. O deyib ki, hər yerdə olduğu kimi birinci şəxs vəzifəsini icra edə bilməyəndə onu ikinci şəxs, yəni birinci katib əvəz edir. Onun sözlərinə görə, hazırda da ittifaqda bu prinsip tətbiq olunur və Şəfiqə Məmmədova hər gün iş başındadır.

" Rasim Balayevin vəfatından sonra Şəfiqə Məmmədovanın məsuliyyət daha da artıb. İşdə əsas məqsəd böyük sənətkarın yoxluğunu iş prosesində hiss etdirməməkdir. Təbii ki, Rasim Balayevi heç kim əvəz edə bilməz, amma təşkilatın fəaliyyəti davam etməlidir".

Katib həmçinin Şəfiqə Məmmədova ilə rasim Balayevin şəxsi keyfiyyətlərini müqayisə edənlərlə razılaşmadığını bildirib. O vurğulayıb ki, dünyada heç kim bir-birinə bənzəmir:
"Ola bilər ki, rasim Balayev hamı ilə yola gedən, deyib-gülən biri olub. Bu o demək deyil ki, hamı elə olacaq. Dünyada 8 milyard insanın heç biri bir-birinə oxşamır. Əsas məsələ odur ki, şəxsi fikirlər işə təsir etməsin".

Baba Vəziroğlu həmçinin xatırladıb ki, Şəfiqə Məmmədova bu vəzifəyə təsadüfən gəlməyib. O deyib ki, əvvəlcə Rüstəm İbrahimbəyov onu birinci katib kimi irəli sürüb, daha sonra isə Rasim Balayev qurultayda onu təsdiqləyib:
"Bu seçimi müzakirə etmək Rasim Balayevin qərarını da sual altına almaq deməkdir. Şəfiqə Məmmədova uzun illər ittifaqda rəhbər statusunda çalışıb, təcrübəli sənətkardır və kollektivlə işləmə bacarığına malikdir".

Yeni qurultayın vaxtı ilə bağlı suala cavabında isə o bildirib ki, hələ konkret tarix müəyyənləşməyib. Onun sözlərinə görə, bu məsələ idarə heyəti və katiblik tərəfindən kollegial şəkildə həll olunur.

Baba Vəziroğlu qeyd edib ki, qurultayın təşkili geniş hazırlıq tələb edir və bu, qısa müddətdə həll ediləcək məsələ deyil:
"Rasim Balayevin vəfatından sonra belə qərarların tələsik verilməsi düzgün sayılmır. Bir az keçsin onda qərar verərik qurultay 1 ay sonra, 1 - 3 il sonra, yoxsa ümumiyyətlə keçirilməyəcək. İndi bilmirik avqustda kino gününə hazırlaşaq, yoxsa qurultay arxasınca gedək" - sonda ittifaq üzvü vurğulayıb.
Azərbaycan Kinematoqrafçılar İttifaqının idarə heyyətinin üzvü, kinotənqidçi Sevda Sultanova ittifaqda konkret problemlərin yaşanmadığını vurğulayıb. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Aprel 2026 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri