Icma.az
close
up
RU
Nə Türkiyə, nə də İsrail bir birinə qarşı müharibəni gözə ala bilər TƏHLİL

Nə Türkiyə, nə də İsrail bir birinə qarşı müharibəni gözə ala bilər TƏHLİL

Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı Türkiyə ilə münasibətlərinin çox yaxşı olduğunu vurğulayıb.

Sitat:

“Ərdoğan Suriyada heç kimin edə bilmədiyini etdi. Ərdoğan həqiqətən güclü və çox ağıllı insandır. Heç kimin bacara bilmədiyi şeyə nail oldu. Biz bunun haqqını verməliyik. Mən Ərdoğanı sevirəm, o da məni sevir. Mətbuatın Ərdoğanı sevməyimə qəzəbləndiyini bilirəm, amma mən onu sevirəm”.

Tramp Netanyahuya Türkiyə ilə hər hansı problemi varsa, onu həll edə biləcəyini, amma məntiqli davranmalı olduğunu da deyib.

Trampın Ərdoğanla bağlı pozitiv sözlər deməsi, xüsusilə də bunu Netanyahu ilə görüşdə dilə gətirməsi diqqət çəkir. Məsələ ondadır ki, son günlərin ən çox müzakirə edilən mövzularından biri Türkiyə və İsrailin Suriyada qarşı-qarşıya gəlməsidir. Bir çoxları baş verənlərin fonunda bunun qaçılmaz olduğunu düşünürlər.

Aydın məsələdir ki, Türkiyə Bəşər Əsədin devrilməsində müstəsna rola malikdir. Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şaranın da Ankaraya yaxınlığı bəllidir. Son günlər isə Türkiyənin Suriyada daimi hərbi baza açmaq istəməsi xəbərləri, başda İsrail olmaqla regionda maraqlı qüvvələri narahat edir.

İsrail Əsəddən sonra Suriyanın İran təsirindən çıxmasından məmnun olsa da, Türkiyə təsirinə düşməsindən məmnun deyil. Son günlər Suriyaya endirilən aviazərbələr, həmçinin İsrail ordusunun bir sıra məntəqələri ələ keçirməsi Təl-Əvivin narahatlığını göstərir.

Bilinənin əksinə, Türkiyə və İsrail bu və ya başqa formada heç vaxt regionda müharibə etməyəcək:

Birincisi, İsrail və Türkiyə düşmən deyil. Türkiyə ABŞ-dan sonra İsrailin müstəqilliyini tanıyan ölkədir. İki ölkə uzun illər başda hərbi və kəşfiyyat sahələri olmaqla bir çox sahədə əməkdaşlıq edib, proses davam edir. Hətta deyərdim, Bəşər Əsədin devrilmə prosesində MİT və “Mossad” müəyyən mənada ortaq hərəkət edib.

İkincisi, nə Türkiyə, nə də İsrail bir-birinə qarşı müharibəni gözə ala bilər. İki ölkədə kifayət qədər güclüdür. Türkiyə ordusu qarşısında İsrail ordusu say etibarilə çox azdır. İsrail müdafiə müharibəsində ixtisaslaşmış olsa da, Türkiyənin hücum doktrinalarına qarşı müqavimət göstərməsi çətindir.

Lakin bu da bir həqiqətdir ki, İsraili başda ABŞ olmaqla, qərb ölkələri müdafiə edir. Yəni bu ölkəyə hücum, ya da müharibə elanı birbaşa ABŞ və müttəfiqlərə müharibə deməkdir. Bundan başqa, İsrailin maliyyə gücü də Ankaranı çəkindirəcək faktordur.

Üçüncüsü, həm İsrail, həm də Türkiyə ABŞ üçün Yaxın Şərqdə mühüm strateji tərəfdaş və müttəfiqdir. İki müttəfiqin regionda müharibə həddinə gəlməsinə ABŞ heç bir halda icazə verməz.

Ankara və Təl-Əviv ən yaxşı halda Suriya uğrunda proksi müharibə apara bilər. Yəni İsrail ələviləri, kürdləri, druziləri mərkəzi hakimiyyətə qarşı ayaqlandıra, Türkiyə isə Əhməd əş-Şaraya dəstəyini artıra bilər. Lakin iki ölkənin klassik mənada müharibə etməsi mümkünsüzdür.

Trampın Ərdoğanı tərifləməsinə gəldikdə isə bu, kifayət qədər hiyləgər addımdır. Ümumiyyətlə, Trampın Ərdoğanın eqosuna fokuslandığı aydın görünür. Tramp Türkiyədə PKK-nı bitirməklə bağlı Ankaraya söz vermiş ola bilər. Amma Abdullah Öcalanla danışıqların başlanması öncəsində PKK-nın dolayı yolla Türkiyə siyasətinə nüfuz edib, parlamentdə yer alması kimi məsələlər diqqət çəkir. Bundan başqa, ABŞ Türkiyənin Suriyadakı PYD, YPG ilə bağlı narazılığını da bloklamağı bacarıb.

Məsələn, Suriyanın müvəqqəti Prezidenti Əhməd əş-Şara həm yeni kabinetin tərkibində, həm də parlamentdə YPG/PYD-yə yer verdi. Qısası, ABŞ Türkiyə ilə gərginliyin mənasız olduğunu yaxşı dərk edir. Buna görə də yumşaq güc siyasətinə üstünlük verir. ABŞ Prezidenti Donald Trampın Ağ Evdə İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı dedikləri də bunu təsdiq edir.

Turan Rzayev

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://mia.az
archiveBu xəbər 08 Aprel 2025 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri