Icma.az
close
up
RU
Nə üçün? Vaqif Abbasov yazır

Nə üçün? Vaqif Abbasov yazır

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vaqif ABBASOV
Akademik

SƏNİN varlığına mütləq inanan, hər zaman SƏNƏ sığınan, SƏNƏ şükürlü olan bir insan kimi SƏNDƏN öyrənmək istədiyim bir çox şeylər var. Verəcəyim bir çox suallara görə SƏNDƏN sonsuz dəfələrlə üzr istəyirəm. Verəcəyim suallar saymazlıqdan irəli gəlmir. Sadəcə dünən, bu gün baş verənlərin və sabah baş verəcəklərin bir çoxunun yaratdığın dünyalar sisteminin ahəngini pozacağından, bəşəriyyətin mövcudluğunu təmin edən təbiətin və onun sayəsində mövcud olan bəşəriyyətin məhv olacağından qorxaraq bu sualları ünvanladım. Mənə cavab verməyə də bilərsən. Haqq sahibi SƏNSƏN! Ədalətinə, mərhəmətinə, dərkə sığmayan müdrikliyinə inanaraq suallarımı SƏNƏ ünvanlamağı özümə borc bildim. Əgər suallarımla səni incitmiş olsam, mənə istənilən cəzanı verə bilərsən. Mənə yaşam imkanını verən də SƏNSƏN, bu yaşamı almaq haqqı da SƏNƏ məxsusdur!

Suallara keçməzdən öncə gözəl dünyamızı, insanlığı yaratdığın üçün sonsuz təşəkkürümü bildirirəm. Cənnət olan Azərbaycanı, böyük şərəf tarixi, mədəniyyəti olan xalqın övladı olmağı mənə bəxş etdiyin üçün SƏNƏ minnətdaram. Böyük və müdrik xalqıma bənzərsiz dahilər, müdriklər və qəhrəmanlar bəxş etdiyin üçün SƏNƏ minnətdaram! Bu gün qürur yerimiz olan qüdrətli Azərbaycan dövləti üçün SƏNƏ minnətdaram! Xalqıma misli görünməmiş qalibiyyət, ölkəmizə tam suverenlik bəxş etdiyin üçün təşəkkürə yetərli ola biləcək ifadələr tapmaq çətindir. Bircə bunu deyə bilərəm ki, bu ifadələrin hamısını deyə bilsəydim, bu günə qədər dünyada yazılmış təşəkkürlər toplusundan çox olardı və mən bu çoxluğa sonsuzluq deyərdim.

İndi də sonsuz üzrxahlıqla suallara keçid alıram.

Nə üçün xeyir və şəri əkiz yaratdın? Nə üçün insanlıq tarixi bu qədər qanlı tarixdir? Nə üçün bugünkü qanlı dünyanı və onun bir hissəsi olan bəşəriyyəti məhvə aparanlar yarandı? Dünyanın əşrəfi saydığımız insanın getdikcə vəhşiləşən hissəsinin sürətlə artmasının səbəbi nədir? Nə üçün sevindirənlər azalır, ağladanlar çoxalır? İnsanlar nədən gözəl ünsiyyətdən, güzəşt etmək, bağışlamaq, əl tutmaq kimi ali dəyərləri itirməyə doğru gedir? Mənəviyyat anlayışının yox olmaq təhlükəsi var. İnsanlar maddiyyət əsirinə çevrilir, onu digər canlılardan fərqləndirən ucalıq təminatçısı qəlbdən məhrum olur. Nədən?

Dostluq dəyərləri yox olmaqdadır. SƏNƏ agahdır ki, dost sözü türklərin müqəddəs qəbul etdiyi dörd varlığın adlarının ilk hərflərindən yaranıb (dəmir, od, su, torpaq). Dost dostu mütləq saf dəmir kimi möhkəm, paslanmayan, od hərarəti, su paklığı, torpaq bərəkəti ilə sevməlidir. İndi bu dostluğun itmək təhlükəsi var. Nədən belə oldu? Dostluğa xəyanət baş alıb gedir. Nədən?

Özün bilirsən ki, dost adı altında gizlənib dosta xəyanət edən dünyada mövcud olan düşmənlərin ən təhlükəlisidir. Bu təhlükə ondandır ki, dost bildiyin adamın nə vaxt xəyanət edəcəyini, səni nə vaxt arxadan vuracağını bilmirsən, dost xəyanətinin olacağını düşünmədiyindən insan bu xəyanətlərə hazır olmur. Təhlükə bundadır. Dost sözü çox adiləşib, adi ünsiyyətdən də az mahiyyət daşımağa gedir. Bu, insanlığın fəlakətinin yaxınlaşdığına işarədir. Nə üçün dostluğa sədaqətsiz olan insanların artmasına dur demirsən? Bəşəriyyətə bu ali dəyəri itirməmək çağırışını etməməyinin səbəbi nədir?

Bəşəriyyət ANA müqəddəsliyini itirməkdədir. ANA təhqir olunur, övladlar SƏNİN Yerdə ən müqəddəs nümayəndən olan ANAYA asi düşürlər. İnsanlar süni insan yetişdirmək kimi dəli bir yola çıxmaqdadır. Nə üçün dur demirsən? ANAYA asi düşmək, onu təhqir etmək, SƏNƏ asi düşmək, SƏNİ təhqir etməkdir. Nə üçün belə yolunu azanlara, asilərə dur demirsən?

ANA, ATA qocalar evinə atılırsa, işgəncələrə məruz qalırsa, bu fəlakət deyilmi? SƏNİN izninlə hər bir kəsə həyat verən ANA, ATA nə üçün təhqir olunmalıdır, unudulmalıdır? Nə üçün kimsəsizlər evləri sürətlə çoxalır? Uşaqlarını uşaq evlərinə atanların sayı dəhşətli dərəcədə artmaqdadır. Bu fəlakət deyilmi?

Qonşuluq mədəniyyəti fəlakətli dərəcədə itməkdədir. "Yaxın qonşu uzaq qohumdan dəyərlidir" məfhumu öz mahiyyətini itirməkdədir. Nədən?

Axı qonşuluq bir-birinə əl tutmaq, bir-birinə həyan olmaq, ehtiyac olduqda olan maddiyyətləri, sevinci, kədəri paylaşmaq kimi yaşam qaydalarını yaradır. İnsanın daha rahat, güvənli yaşamını təmin edir. Qonşular arasında üstü görünməz daş hasarların yaradılması, qonşulara etinasızlıq yaşam şərtlərini ağırlaşdırmağa aparmırmı?

Qonşu demişkən: Necə oldu ki, bizim xalqımızın payına uşaq qanı içən, insanları diri-diri divarlara hörən, qadın kürəyinə qaynar samovar bağlayan, insanların başını kəsməkdən zövq alan bir xalqı bizə qonşu etdin? İnsan bu qədər vəhşi olarmı?

Nə yaxşı ki, dövlətimiz, xalqımız bu vəhşiliklərə son qoydu, müqəddəs torpaqlarımız geri qayıtdı, suverenliyimiz bərpa olundu. Minlərlə şəhidlərimiz, on minlərlə qazilərimiz bu qalibiyyətin qəhrəmanlarıdır. SƏNDƏN ən ali bir ricam var. SƏNİN dərgahında şəhidlərimizin yaşamını cənnətlik et. Şəhid analarının sağlam və uzunömürlü olmalarında səxavətini əsirgəmə.

Nəhayət, son sualım: Nə üçün müəllim müqəddəsliyi itməkdədir? İnsan dərk edəndə, dərk ilə qərar qəbul edəndə, dərk ilə yaşayanda rahat və xoşbəxt yaşayır. Dərki öyrədən müəllimdir. Müəllim müqəddəs deyilmi?

Nadanlar dünyasında yaşamın dəhşətli olduğunu bilirsən. Əgər belədirsə, müəllimi, insanlıq məbədi olan məktəbi sevmək hissini insanlara qaytar. SƏNDƏN son dərəcə acizanə şəkildə istədiyim budur.

Məktəb-elm-tərəqqi-sivillik-firavan həyat ardıcıllığını SƏN və MÜƏLLİMLƏRİM mənə öyrətdiniz. Elə et ki, bu ardıcıllıq itməsin. SƏNƏ verdiyim suallara görə üzrxahlıq etməyi özümə borc bildim.

Bu suallar əslində böyük insanlıq toplumunun hamısına veriləcək suallar idi. Ola bilsin ki, bu sualların bir çoxu insan fərdlərinin, bəzi insan toplumlarının xoşuna gəlməzdi. Odur ki, SƏNƏ sığındım, sualları SƏNƏ ünvanladım. İnanıram ki, səhv etmədim. Qoyduğum sualların həllində bəşəriyyətə yardımçı olacağına özüm qədər əminəm.

SƏN yaradansan, SƏN yaşadansan, SƏN bağışlayansan, SƏN ədalətlisən!..

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Mart 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see321

Fizioterapiya ilə bağlı vacib məqamlar Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

31 Avqust 2026 11:56see308

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see276

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see256

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see236

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see233

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see230

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see227

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see223

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see220

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see209

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see209

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see205

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see189

Gecə 1 dən gec yatanlarda infarkt riski artır

31 Avqust 2026 16:17see185

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see180

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see178

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see178

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see176

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri