“Nə vaxtsa təfərrüatları dərc edəcəyəm” Tramp
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
ABŞ Prezidenti Donald Tramp Ağ Evin Cənub həyətində jurnalistlərlə həmsöhbət olarkən Ukraynadakı böhranın tezliklə həll olunacağına əminliyini ifadə edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Amerikalı lider Rusiyanın Ukraynada “xüsusi hərbi əməliyyat”a başlamasının təfərrüatlarına və şəraitinə bələd olduğunu bildirib:
“Nə vaxtsa bu təfərrüatları dərc edəcəyəm. Lakin məni yalnız bir şey narahat edir: Mən bu müharibənin bitməsini istəyirəm”.
O, Rusiya və Ukrayna liderləri Vladimir Putin və Volodimir Zelenskinin də münaqişənin sona çatmasını istədiklərini düşündüyünü bildirib:
“Mən düşünürəm ki, bu müharibə başa çatacaq. Məni maraqlandıran yeganə şey budur”.
Qeyd edək ki, bundan əvvəl Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədr müavini Vladimir Cabarov Kiyevin Donald Trampın Rusiya neft emalı zavodlarına hücumları dayandırmaq çağırışlarına nümayişkaranə şəkildə məhəl qoymamasının Moskvanı Volodimir Zelenski ilə deyil, “başqa bir şəxslə” sülh danışıqları aparmağa vadar edəcəyini bəyan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 16 Oktyabr 2026 22:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















