Neandertallar antibiotiklərdən 200 min il əvvəl yaraları dezinfeksiya ediblər
Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Beynəlxalq alimlər qrupu müəyyən edib ki, neandertallar ağcaqayın qatranından (beryoza qatranı) təkcə alətləri yapışdırmaq üçün deyil, həm də yaraların müalicəsi üçün istifadə edə bilərdilər.
Qaynarinfo xəbər verir ki, tədqiqat "PLOS One” jurnalında dərc olunub.
Əvvəllər arxeoloqlar neandertalların bu maddədən nizə uclarını sapla birləşdirmək üçün istifadə etdiyini ("haftinq”) müəyyən etmişdilər. Lakin yeni araşdırma göstərir ki, bu maddə həm də müalicəvi xüsusiyyətlərə malik ola bilərdi.
Alimlər paleolit dövründə mövcud ola biləcək üsullarla ağcaqayın qabığından qatran əldə etmə prosesini yenidən yaradıb və alınan maddənin bioloji təsirini yoxlayıblar.
"Təsdiqlədik ki, neandertalların 200 min il əvvəl istehsal etdiyi maddə antibakterial xüsusiyyətlərə malikdir”, deyə tədqiqatın həmmüəllifi, kimyaçı Mattias Birenştill bildirib.
Təcrübələr göstərib ki, qatran Staphylococcus aureus bakteriyasının (yaralarda infeksiyaya səbəb olan əsas mikroorqanizmlərdən biri) inkişafını zəiflədir. Lakin Escherichia coli üzərində təsir göstərməyib. Bu isə maddənin məqsədli şəkildə dəri yaralarının müalicəsi üçün istifadə oluna biləcəyini göstərir.
Qatranı əldə etmək üçün alimlər üç üsuldan istifadə ediblər: qabığın qapalı qabda qızdırılması, oksigensiz çuxurda quru distillə və qabığın yandırılaraq buxarın daş üzərində toplanması. Bütün üsullar antibakterial aktivliyə malik maddə verib, lakin təsir gücü fərqli olub.
Effektivliyinə baxmayaraq, qatran müasir antibiotiklər, məsələn gentamisinlə müqayisədə daha zəifdir. Buna baxmayaraq, tədqiqatçılar bu cür təbii birləşmələrin yeni dərmanların hazırlanması üçün əhəmiyyətli ola biləcəyini bildirirlər, xüsusilə də antibiotiklərə davamlı bakteriyaların artdığı dövrdə.
Müəlliflər qeyd edirlər ki, bu kəşf neandertalların əvvəl düşünüləndən daha inkişaf etmiş texnoloji və mədəni bacarıqlara sahib olduğunu göstərir. Onların bilikləri yalnız alət hazırlamaqla məhdudlaşmayıb, həm də ilkin tibbi praktikalara qədər uzanmış ola bilər.
Alimlərin fikrincə, bu cür qədim texnologiyaların öyrənilməsi müasir tibbdə ciddi problem olan davamlı infeksiyalara qarşı yeni antimikrob vasitələrin tapılmasına kömək edə bilər.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 07 Aprel 2026 21:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















