Icma.az
close
up
RU
Azərbaycanda neandertallar obsidianı 10 müxtəlif yataqdan əldə ediblər

Azərbaycanda neandertallar obsidianı 10 müxtəlif yataqdan əldə ediblər

Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Neandertal insanların obsidian tədarük sxemlərini daha dərindən anlamaq üçün əlavə tədqiqatlara ciddi ehtiyac var

Niderlandın ingilisdilli “Arxeologiya elmi jurnalı: hesabatlar” nəşrinin son nömrəsində “Qərbi Azərbaycanın (Cənubi Qafqazın) Orta Paleolit dövründə obsidianın əldə edilməsi və mübadiləsi” adlı tədqiqat məqaləsi dərc olunub. Məqalənin müəllifləri sırasında AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Azad Zeynalov, Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Rəşid Fətəliyev də yer alır.

Arxeologiya və Antropologiya İnstitutundan AYNA.AZ-a bildirilib ki, azərbaycanlı alimlərlə yanaşı, tədqiqatın müəlliflərindən biri Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin V.S.Sobolev adına Mineralogiya və Geologiya İnstitutunun böyük elmi işçisi Yaroslav Kuzmin, digəri isə ABŞ-ın Missuri Universiteti Tədqiqat Reaktor Mərkəzinin Arxeometriya laboratoriyasının tədqiqat professoru Maykl D.Qlaskokdur.

Tədqiqatın əsas məqsədi Orta Paleolit dövründə (təxminən 140-40 min il əvvəl) neandertal insanların alət istehsalı üçün obsidian (dəvə gözü) vulkanik şüşəsini əldəetmə yollarını araşdırmaq olub. Bu məqsədlə Azərbaycanın qərb bölgəsində yerləşən dörd əsas Orta Paleolit abidəsindən - Daşsalahlı (Qazax), Tağlar Xocavənd), Qazma mağarası (Naxçıvan, Şərur) və Kəlbəcərdəki Zar qrotundan tapılmış 85 obsidian nümunəsi üzərində rentgen-flüoresans analizi aparılıb. Analizlər ABŞ-da həyata keçirilib.

Araşdırmalar nəticəsində müəyyən olunub ki, Orta Paleolit dövründə Azərbaycanın neandertalları obsidianı 10 müxtəlif yataqdan əldə ediblər. İstifadə olunan xammal mənbələrinin əksəriyyəti mağara düşərgələrindən 20-160 kilometr məsafədə yerləşib. Bununla yanaşı, bəzən təxminən 350-400 kilometr uzaqlıqdakı mənbələrdən də obsidian gətirilib. Məsələn, Tağlar mağarası ilə Şərqi Anadolunun Sarıqamış və Gürcüstanın Çikiani obsidian yataqları arasında birbaşa məsafə 350-400 kilometrdir, halbuki real yol məsafəsi daha çox ola bilər.

Bu nəticələr Orta Paleolit dövründə Cənubi Qafqazda neandertalların geniş ticarət və mübadilə şəbəkələrinə malik olduğunu, yüksək mobilliyə sahib populyasiyaların iri heyvan ovu ilə yanaşı, xammal tədarükü üçün böyük məsafələr qət etdiyini göstərir. Eyni zamanda, bu qarşılıqlı əlaqələrin yalnız Azərbaycanla məhdudlaşmayaraq qonşu Şərqi Anadolu və bütün Cənubi Qafqaz ərazilərini əhatə etdiyi müəyyən olunub.

Məqalədə qeyd olunur ki, xüsusilə Azıx mağarası daxil olmaqla, neandertal insanların obsidian tədarük sxemlərini daha dərindən anlamaq üçün əlavə tədqiqatlara ciddi ehtiyac var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://ayna.az
archiveBu xəbər 18 İyul 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri