Nəcip Uysal: “Rəhbərliyin qərarına hörmətlə yanaşıram”
Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Beşiktaş”da baş məşqçi Sərgən Yalçının qərarı ilə iki futbolçu – Mərt Günok və Nəcip Uysalın əsas komandadan kənarlaşdırıldığını xəbər vermişdik.
Bu sürpriz qərar hələ də futbol ictimaiyyətində müzakirə mövzusu olmaqda davam edir. Hər iki təcrübəli isim mövsümə komandanın 1-ci və 2-ci kapitanı statusunda başlamışdı. Amma göründüyü kimi bir neçə ay ərzində əvvəlcə onlardan kapitan sarğısı alındı, sonra da hər ikisinə faktiki qapını göstərdilər. Klubdan verilən rəsmi açıqlamada hər iki oyunçudan özünə yeni klub tapmaları tələb olunduğu qeyd olunub.
Bu arada Türkiyə kinematoqrafiyasının önəmli isimlərindən olan rejissor Zəki Dəmirkubuz rəhbərliyi bu qərara görə tənqid edib. “Beşiktaş” fanatı kimi tanınan Dəmirkubuz paylaşımında bunları yazıb:
“Rafa Silva və ona bənzər utanmazlar qarşısında sərgiləyə bilmədiyiniz güc və qərarlığı Mərt ilə Nəcipə qarşı sərgiləmək sizə yaraşırmı?”
“Mənim baş məşqçi ilə heç bir mübahisəm olmayıb. Ümumiyyətlə, məşqçilər korpusu ilə aramızda heç bir priblem yoxdu. Bu qərarı qətiyyən gözləmirdim. Ona görə də hələ ki nə edəcəyimi bilmirəm. Əsas “Beşiktaş”dı. Bir Nəcip gedər, 10 Nəcip gələr. Klublar həmişə var. Biz isə gəldi-gedərik. Rəhbərliyin bu qərarına hörmətlə yanaşıram. Artıq bu məsələnin uzanmasını və “Beşiktaş”a ziyan vurmasını istəmirəm. Bu mövzu barədə bir daha mətbuata açıqlama verməyəcəm”.
Nəcipin gələcək taleyi bilinməsə də, Mərt Günokla bağlı maraqlı bir iddia otaya atılıb. Sentyabra qədər həm Türkiyə yığmasının, həm də “Beşiktaş”ın əsas qapıçısı statusunda olan, amma sonradan sürətli eniş yaşayan təcrübəli “əlcək sahibi” “Fənərbaxça”ya yollana bilər. Bu da təəccüblü deyil. Çünki Mərt məhz “Fənər”in yetirməsidi və 2008-15-ci illərdə bu klubda çıxış edib. Amma 36 yaşlı Günok həmin illərdə heç vaxt əsas qapıçı sayılmayıb və əsasən Volkan Dəmirəlin əvəzləyicisi olub. “Sarı-lacivərdlilər” İrfan Can Eğribayatı “Legiya”ya göndərməyə hazırlaşır. Bu keçid tamamlanandan sonra Mərtin “Fənər”ə gələcəyi gözlənilir.
Bu arada Sərgən Yalçının qərarı ilə “qartal”da daha bir isim “qara siyahı”ya düşüb. Belə ki, geyimə və formalara nəzarət edən Ərdal Ərdəmin qovulduğu məlum olub. Özü də o, 1993-cü (!) ildən “Beşiktaş”da çalışırdı. İddialara inansaq. bir dəfə Ərdal Ərdəm Sərgən Yalçının səhvlərini müzakirəyə çıxarıbmış. Məşqçi də bundan xəbər tutunca “klub işçisi də mənə futbol öyrədəcək” deyərək, onun uzaqlaşdırılmasını tələb edib.
Ərdəmin məşqçi diplomu da var imiş. Bu hadisədən sonra rəhbərlik onu akademiyada yeniyetmələrlə işləməyə dəvət edib. Amma Ərdəm bu təklifi qəbul etməyərək “ağ-qaralar”la yolları ayırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 07 Yanvar 2026 18:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















