“Qarabağ”da sevinc sevincə qarışdı rəhbərliyin bu qərarına görə!
Icma.az, Sportal.az saytına istinadən bildirir.
Çempionlar Liqasının əsas mərhələsində əldə olunan uğurlu nəticələr "Qarabağ" rəhbərliyini ümidləndirib.
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, komandanın öz yoluna inamla davam etməsi idarəçiləri səxavət kisəsinin ağzını daha geniş açmağa ürəkləndirib.
Yönətim dördüncü turda "Çelsi" ilə 2:2 oynayan kollektivə ayırdığı mükafat fondunu bir qədər də artırıb. İngiltərə nəhəngindən 1 xal alınmasında pay sahibi olan futbolçuların hər biri 90 min dollar qazanıb.
Sonradan meydana çıxanlar bu məbləğin yarısına sahiblənib. Ehtiyatda qalanlar isə göstərilən rəqəmin 25-30 faizi qədər irəli düşüb.
Cari mövsümdə ÇL-də 2 qələbə qazanan Ağdam təmsilçisi "Benfika" zəfərinə görə oyunçularına 100 min manatın üstündə ödəmə edib. "Kopenhagen" qalibiyyəti isə onları 70 min manatdan artıq irəli salıb.
Azərbaycan çempionu ilk 4 turdan sonra 7 xal toplayıb və ümumi turnir cədvəlinin 15-ci pilləsində yer alıb.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 15 Noyabr 2025 14:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















