Icma.az
close
up
RU
“Nəcməddin Sadıkov kimilər üstümə şər atıblar Şlyapa Zahidin məhkəməsi

“Nəcməddin Sadıkov kimilər üstümə şər atıblar Şlyapa Zahidin məhkəməsi

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin, Təhsil-tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti, 42 milyonluq mənimsəmədə ittiham olunan Zahid Niftəliyevin (“Şlyapa Zahid”) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Zahid Niftəliyev vəkili Əli Adıgözəlov tərəfindən sual-cavab edilib.

Vəkil ondan “ATABank”dan götürdüyü iddia olunan 24 milyon manat kredit barəsində soruşub.

Zahid Niftəliyev adına götürülən heç bir kredit haqda məlumatı olmadığını bildirib:

“Həmin pul mənim adıma götürülüb. Müdafiə Nazirliyi üçün müəyyən işlərin görə şirkət açmaq məqsədimiz var idi. Nəcməddin Sadıkov kimilər tərəfindən üstümə şər atılıb”.

O, əlavə edib ki, kreditlə bağlı məlumatı bank müdirinin zəngi əsasında öyrənib: “Mənim kreditin təyinatından mərhum vergilər naziri Fazil Məmmədov işdən çıxandan sonra xəbərim olub. Fazil Məmmədov bizə dedi ki, kömək etmək istəyir. Mənim açdığım şirkət vasitəsilə həmin təyyarələr alınmalı idi. Lakin, heç bir kredit söhbəti olmamışdı. Fazil öləndən sonra bank müdiri məni çağırıb dedi ki, adınızda kredit var”.

Vəkil ona adına imzalanmış 7 müqavilə ilə bağlı da sual ünvanlayıb. Z.Niftəliyev sadəcə, bir dəfə müqavilə imzaladığını bildirib.

Daha sonra ona “SVİFT KONSALTİNQ LİMİTED” adlı şirkətə köçürmələrlə bağlı sual verilib.

Təqsirləndirilən şəxs adı çəkilən şirkətə köçürüldüyü iddia olunan 16 milyon 847 min 800 manat puldan xəbəri olmadığını bildirib: “Mən bircə onu bilmişəm ki, avadanlıqlar bu şirkətin vasitəsilə gətiriləcək”.

Ə.Adıgözəlov ona 62 min manatlıq mənimsəmə ittihamı ilə bağlı da sual ünvanlayıb. Lakin, məhkəmə heyəti bunun keçmiş məhkəmə prosesinin mövzusu olduğunu və artıq o barədə hökm oxunduğunu bildirərək suala etiraz edib.

Məhkəmə noyabrın 27-dək təxirə salınıb.

Qeyd edək ki, Zahid Niftəliyev rüşvət almaqda ittiham olunaraq bir müddət əvvəl həbs olunub. Ona Tərtər Hərbi Məhkəməsinin hökmü ilə şərti cəza verilib, azadlığa buraxılıb. Daha sonra o, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib.

İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi prokurorluğun Tərtər Hərbi Məhkəməsinin hökmü ilə bağlı protestini təmin edib. Z.Niftəliyev vəzifə saxtakarlığı və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa, Z. Niftəliyev hazırda məhkəmədə araşdırılan cinayət işi üzrə öz adına formal şirkət açaraq “ATABank”dan götürülmüş 42 milyon manat kredit vəsaiti üzrə çıxarılmış məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməkdə ittiham olunur.

İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə “Ata Bank” ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat manat kredit alaraq xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan “Ata Bank” ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.

Onu da qeyd edək ki, xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Noyabr 2024 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri