Icma.az
close
up
RU
VİCDANSIZ İMZAMDAN İSTİFADƏ EDİB... “Nəcməddin Sadıkov kimilər üstümə şər atıblar

VİCDANSIZ İMZAMDAN İSTİFADƏ EDİB... “Nəcməddin Sadıkov kimilər üstümə şər atıblar

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin, Təhsil-tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti, 42 milyonluq mənimsəmədə ittiham olunan Zahid Niftəliyevin ("Şlyapa Zahid") cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Zahid Niftəliyev vəkili Əli Adıgözəlov tərəfindən sual-cavab edilib.

Vəkili “Şlyapa Zahid” kimi tanınan Niftəliyevdən birinci “AtaBank”dan 42 milyon manat kreditin kimin təşəbbüsü ilə götürüldüyünü maraqlanıb, müvəkkilinə “sizin götürdüyünüz kreditin sabiq baş qərargah rəisi Nəcməddin Sadıkov və digərləri tərəfindən mənimsənildiyi deyilir. Bu barədə nə deyə bilərsiniz?”-, deyə sual ünvanlayıb.

Bu məsələ “Şlyapa Zahid”i özündən çıxarıb. O, məhkəmədə işlədilməməli olan sözlər deyib: “Ümumiyyətlə kredit söhbəti olmayıb. Sadəcə firma yaradılmalı idi. Hansısa vicdansız imzamdan istifadə edib o, pulu yeyibsə…(hakim onun sözünü kəsərək, xəbərdarlıq edir-red).”

Zahid Niftəliyev adına götürülən heç bir kredit haqda məlumatı olmadığını bildirib: "Həmin pul mənim adıma götürülüb. Müdafiə Nazirliyi üçün müəyyən işlərə görə şirkət açmaq məqsədimiz var idi. Nəcməddin Sadıkov kimilər tərəfindən üstümə şər atılıb".

O, əlavə edib ki, kreditlə bağlı məlumatı bank müdirinin zəngi əsasında öyrənib: "Mənim kreditin təyinatından mərhum vergilər naziri Fazil Məmmədov işdən çıxandan sonra xəbərim olub. Fazil Məmmədov bizə dedi ki, kömək etmək istəyir. Mənim açdığım şirkət vasitəsilə həmin təyyarələr alınmalı idi. Lakin, heç bir kredit söhbəti olmamışdı. Fazil öləndən sonra bank müdiri məni çağırıb dedi ki, adınızda kredit var".

Vəkil ona adına imzalanmış 7 müqavilə ilə bağlı da sual ünvanlayıb. Z.Niftəliyev sadəcə, bir dəfə müqavilə imzaladığını bildirib.

Daha sonra ona "SVİFT KONSALTİNQ LİMİTED" adlı şirkətə köçürmələrlə bağlı sual verilib. Təqsirləndirilən şəxs adı çəkilən şirkətə köçürüldüyü iddia olunan 16 milyon 847 min 800 manat puldan xəbəri olmadığını bildirib: "Mən bircə onu bilmişəm ki, avadanlıqlar bu şirkətin vasitəsilə gətiriləcək".

Ə.Adıgözəlov ona 62 min manatlıq mənimsəmə ittihamı ilə bağlı da sual ünvanlayıb. Lakin, məhkəmə heyəti bunun keçmiş məhkəmə prosesinin mövzusu olduğunu və artıq o barədə hökm oxunduğunu bildirərək suala etiraz edib.

Məhkəmə noyabrın 27-dək təxirə salınıb.

Qeyd edək ki, Zahid Niftəliyev rüşvət almaqda ittiham olunaraq bir müddət əvvəl həbs olunub. Ona Tərtər Hərbi Məhkəməsinin hökmü ilə şərti cəza verilib, azadlığa buraxılıb. Daha sonra o, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib.

İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi prokurorluğun Tərtər Hərbi Məhkəməsinin hökmü ilə bağlı protestini təmin edib. Z.Niftəliyev vəzifə saxtakarlığı və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, Z. Niftəliyev hazırda məhkəmədə araşdırılan cinayət işi üzrə öz adına formal şirkət açaraq “ATABank”dan götürülmüş 42 milyon manat kredit vəsaiti üzrə çıxarılmış məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməkdə ittiham olunur.

İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə “Ata Bank” ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat manat kredit alaraq xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan “Ata Bank” ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib. Onu da qeyd edək ki, xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb./azpolitika.info/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 07 Noyabr 2024 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri