Icma.az
close
up
RU
Nəcməddin Sadıkovla bağlı sensasiya: xəbəri kim və niyə sızdırıb?

Nəcməddin Sadıkovla bağlı sensasiya: xəbəri kim və niyə sızdırıb?

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gündəmin sensasiyalı xəbərlərindən biri də Nəcməddin Sadıkovun Türkiyədə dindirilməsi barədədir. Bu haqda "Middle East Eye" nəşrinin müxbiri Ragib Soylu yazıb.

Onun yazdığına görə, 2020-ci ildə Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovu Türkiyə hərbçiləri saxlayaraq, Ankaraya aparıb, orada dindiriblər.

Soylunun yazdığına görə, buna səbəb Azərbaycan ordusunda Rusiyaya bağlı şəxslərin kimliyinin ortaya çıxarılması olub.

Sözün doğrusu, bu, heç də yeni söhbət deyil; 44 günlük müharibənin ilk günlərində Füzuli istiqamətində ağır döyüşlər getdiyi vaxt Türkiyə generallarının Nəcməddin Sadıkovu Ankaraya apardığı haqda qeyri-rəsmi məlumatlar yayılmışdı. Ancaq indiki kimi o zaman da bu məlumatlar rəsmən təsdiq və ya təkzib olunmamışdı. Ancaq bu söhbətin yenidən indi gündəmə gəlməsi xüsusi maraq və xeyli suallar doğurur.

Nəcməddin Sadıkovun Rusiya xüsusi xidmət orqanlarına, konkret olaraq, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinə bağlı olduğu haqda xeyli əvvəldən qeyri-rəsmi məlumatlar yayılırdı. Qarabağ müharibəsinin birinci fazasında ard-arda ağır məğlubiyyətlərə, torpaqların itirilməsinə baxmayaraq, Nəcməddin Sadıkovun sürətli və triumfal karyera yüksəlişi hər kəsi həmişə təəccübləndirirdi. Kəlbəcərin işğalı zamanı da Sadıkovun "yüksək performansı" hamının yadındadır.

Çoxları bilməsə də, məlumatlı, diqqətli oxuculara məkumdur ki, Azərbaycanın rayonlarının işğalında rus hərbçiləri, zabitlər, təlimatçılar, snayperlər çox sayda və fəal iştirak edirdilər. Müxtəlif vaxtlarda müdafiə naziri, müdafiə nazirinin müavini, Baş Qərargah rəisi vəzifəsindən üzü aşağı əsas komandirlərin xeyli hissəsi Rusiyaya bağlı olub. Siyasi hakimiyyətlər dəyişsə də, orduda keçmiş Sovet, yəni rus hərbi kəşfiyyat elementlərini təmizləmək axıra qədər mümkün olmamışdı. Nəcməddin Sadıkovla da bağlı belə bir problem vardı. Bunu çoxları bilirdi, kuluarlarda söhbətlər gedirdi. Ancaq hər hansı rəsmi təsdiq və ya təkzib yox idi.

Əsas sual isə budur: bəs bu məlumat niyə məhz indi açıq-aşkar Türkiyə mediasına sızdırılıb?

Bu suala, əlbəttə, Türkiyə hərbi və kəşfiyyat strukturları cavab verə bilər. Amma bəzi ehtimalları irəli sürmək mümkündür.

İstisna deyil ki, bu, Azərbaycanla Ermənistan arasında imzalanmış Vaşinqton razılaşmalarından sonra Rusiyanın bu iki Cənubi Qafqaz ölkələrinə qarşı təxribat törətmək cəhdləri ilə bağlıdır. Rusiya bölgədə Türkiyənin güclənməsindən narahatlığını xüsusi olaraq gizlətmir. Hətta Kreml öz propoqandistləri vasitəsilə Türkiyənin Azərbaycan ərazisində hərbi baza qurmaq ehtimalına qarşı sərt mövqeyini zaman-zaman dilə gətirib. Görünür, bu məlumatı mediaya sızdırmaqla Türkiyənin xüsusi rəsmi məqamları Rusiyaya çəkindirici mesajlar göndərirlər; Rusiyanın Cənubi Qafqazda nələ etdiyinə dair müfəssəl məlumatlı olduqlarını anladırlar.

Əlbəttə, bunlar, sadəcə, ehtimallardır. Hər bir halda məlumatın mediaya atılmasının özü xüsusi məqsəd daşıyır.

Seyid Əhmədli, bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 13 Avqust 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see173

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see168

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see156

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see147

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see146

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see142

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see137

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see131

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see129

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri